Lisey və gimnaziyalara qəbul...
17.05.2023 [10:26]
Yeni qaydalar təqdir olunur
Yeganə BAYRAMOVA
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, ərizə qəbulu may ayının 12-dən iyun ayının 6-na kimi davam edəcək. Qəbul imtahanı tədris dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Tədris dili isə Azərbaycan və ya rus dilidir.
Nazirlikdən, həmçinin qeyd olunub ki, qəbul imtahanı hazırda 4-cü, 5-ci, 6-cı və 7-ci sinifdə təhsil alan şagirdlər arasında keçiriləcək.
Siniflər üzrə sual sayı
5-ci sinfə qəbul: tədris dili 15 sual, riyaziyyat 30 sual. Cəmi - 45 sual;
6-cı sinfə qəbul: tədris dili 20 sual, riyaziyyat 40 sual. Cəmi - 60 sual;
7-ci sinfə qəbul: tədris dili 20 sual, riyaziyyat 40 sual. Cəmi - 60 sual;
Fənlər üzrə 5 sual 1,5 bal, qalan suallar isə 1 bal olaraq dəyərləndiriləcək.
Qeyd edək ki, eyni yerə müraciət edən şagirdlərin xalis faizi bərabər olduğu halda, ilk olaraq riyaziyyat fənni üzrə nisbi bal, daha sonra tədris dili üzrə nisbi bal əsas hesab ediləcək.
Bu şagirdlər dil seçimində sərbəstdir
Mövcud qaydalarla bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, rus bölməsində təhsil alan şagird təhsilini istəyinə uyğun olaraq Azərbaycan və ya rus bölməsində davam etdirə bilər. Azərbaycan bölməsi üzrə təhsil alan şagirdin isə tədris dilini dəyişmək imkanı yoxdur.
Ekspertin sözlərinə görə, imtahanın birinci mərhələsində 3 yer seçimi imkanı verilir, ancaq hər 3 seçimi qeyd etmək zərurəti yoxdur: “Birinci mərhələdə seçim edib qəbul olan şagird həmin təhsil müəssisəsində oxuyacağını təsdiqləmir, sənəd qəbulu zamanı gecikir, sənədlərini həmin liseyə, gimnaziyaya vaxtında təqdim etmir, yaxud oxumaqdan imtina edirsə, onun ikinci mərhələdə iştirakına icazə verilir. Lakin ikinci mərhələdə qəbul olub hər hansı səbəbdən sənədlərini qəbul olunduğu lisey yaxud gimnaziyaya təqdim etməyən şagirdlərin üçüncü mərhələdə iştirakına icazə verilmir. Lisey, gimnaziya seçimi edib qəbul olmayan şagirdlərin sonrakı mərhələlərdə iştirakında heç bir məhdudiyyət yoxdur. Birinci mərhələdə seçim etməyən şagirdlərin növbəti mərhələdə yalnız vakant yer olan lisey və gimnaziyalar arasında seçim etmək imkanı olacaq”.
Hər şagirdə 2 seçim imkanı
E.Əfəndi qeyd edib ki, birinci mərhələdə seçim edib qəbul olan, lakin hər hansı səbəbdən sonradan fikrini dəyişən şagirdlər ikinci mərhələnin seçimlərində iştirak edə biləcəklər. İkinci mərhələdə qəbul olunmayacaqları halda, üçüncü mərhələdə də iştirak edə bilərlər: “İkinci mərhələdə lisey, gimnaziya seçimi edib qəbul olan şagirdlərin üçüncü mərhələdə iştirak etmələrinə isə icazə verilmir. İkinci və üçüncü mərhələdə hər şagirdə 2 seçim imkanı verilir. Ümumilikdə, qeyd edə bilərik ki, lisey və gimnaziyalara yeni qəbul qaydaları şagirdlərə çoxsaylı seçim imkanları təqdim edir. Bu baxımdan sözügedən yenilikləri təqdirəlayiq hesab etmək olar”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

