Qanunsuz aksiyaların keçirilməsinə görə nəzərdə tutulan cərimələr artırılır
03.11.2012 [04:28]
Milli Məclis “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, həmçinin, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edib
Milli Məclisin dünən keçirilən iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, həmçinin, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər ilə bağlı layihələr müzakirə olunub. Bu məsələ haqqında layihələrin müəllifi, millət vəkili Rəfael Cəbrayılov məlumat verib. R.Cəbrayılov bildirib ki, sözügedən sənədlərə müəyyən dəyişikliklərin edilməsi günün tələbidir. O “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1998-ci ildə qəbul olunduğunu xatırladaraq müəyyən təkmilləşməyə ehtiyac olduğunu deyib. Onun verdiyi məlumata görə, bu qanunun 5-ci və 6-cı maddələrinə dəyişikliklər təklif olunur. Burada sadəcə hər hansı aksiyanın təşkilatçıları ilə bağlı dəqiqləşmə aparılıb. Qüvvədə olan qanunda toplantının təşkilatçısı “dinc aksiyanı təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən şəxsdir. Amma R.Cəbrayılov hesab edir ki, bu məsələ dəqiqləşməli və təşkilatçının hüquqi və ya fiziki şəxs olduğu müəyyənləşməlidir. Ona görə də, qanunun 6-cı maddəsinə toplantının təşkilatçısı kimi “bir və ya bir neçə hüquqi və fiziki şəxs” göstərilir.
Layihələrin müəllifi Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri də əsaslandırıb. R.Cəbrayılov qeyd edib ki, Azərbaycanın hazırkı qanunvericiliyi qanunsuz toplantıların təşkilatçılarını inzibati tənbeh tədbirlərinə cəlb edilməsini nəzərdə tutduğu halda iştirakçıları heç bir məsuliyyətə cəlb olunmur: “Təşkilatçı bütün toplantıya nəzarət edə bilməz və hər hansı iştirakçıya görə məsuliyyət daşıya bilməz”.
Millət vəkilinin sözlərinə görə, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir. Məsələn, hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. “Cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar” - deyə, o bildirib.
Eyni zamanda, bu sənədə müvafiq olaraq Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkiletmə, keçirmə və ya belə toplantılarda iştiraketmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də, ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkiletmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub). R.Cəbrayılov layihələri hazırlayarkən 30-dan çox ölkənin təcrübəsini öyrəndiyini də diqqətə çatdırıb: “Bu, hüquqi tənzimləmənin daha da dəqiqləşməsinə imkan verəcək”.
Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti də fərqləndirilib.
Müzakirələr zamanı bəzi müxalifət deputatları layihələrin əleyhinə çıxış ediblər. Spiker Oqtay Əsədov isə şəhər rəhbərliyi tərəfindən aksiyalar üçün yerlərin ayrıldığını xatırladıb. Onun sözlərinə görə, bütün təşkilatlar qanunun tələblərinə əməl etməlidirlər.
Çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu dəyişikliklərin zəruri olduğunu vurğulayıb. O Avropa ölkələrində qanunsuz aksiyalara qarşı görülən tədbirləri xatırladıb və qeyd edib ki, Fransada, Böyük Britaniyada su şırnaqlarından istifadə edilir. Eyni zamanda, polis qanunsuz aksiya iştirakçılarını atın ayağı altına salır. S.Novruzov Azərbaycan polisinin isə sakit və mədəni şəkildə insanları qanunsuz aksiyada iştirak etməməyə çağırdığını deyib. “Burada söhbət qanunsuz aksiyalardan gedir. Hər bir təşkilat qanuni aksiya keçirsinlər, cərimə də olunmasınlar. Müxalifət düşərgəsi isə qanuni aksiya keçirə bilmir. Çünki sosial baza və elektoratları yoxdur” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34

