Gələn il əməkhaqları və təqaüdlər artırılacaq
14.11.2012 [01:46]
2013-cü il dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat, xərcləri isə 19,8 milyard manat nəzərdə tutulur
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda Azərbaycanın 2013-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər müzakirəyə çıxarılıb. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2013-cü il üzrə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələri, 2013-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri, habelə 2013-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının proqnoz göstəriciləri, dövlət investisiya proqramının əsas istiqamətləri, növbəti ildə büdcə-vergi siyasətinin əsas istiqamətləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyaya əsasən tərtib edilib. Bu sənədlərdə ölkəmizin sosial-iqtisadi inkişafının göstəriciləri və yaxın gələcəyini əhatə edən proqnozlar ətraflı əks olunub. Gələn ilin dövlət büdcəsinin layihəsi haqqında Hesablama Palatasının rəyi deputatlara təqdim olunub, büdcə zərfinə daxil olan məsələlər Milli Məclisin bütün komitələri tərəfindən müzakirə edilib və parlamentin plenar iclasına çıxarılması tövsiyə edilib.
Daha sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, ölkənin iqtisadi siyasətini əhatə edən ən mühüm sənədlərdən biri dövlət büdcəsidir: “Respublikamızda hər il uğurla tərtib olunan dövlət büdcəsi sözün əsl mənasında ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğundur. Büdcə zərfinə daxil olan sənədlərdə xüsusi olaraq vurğulanır ki, Azərbaycan iqtisadiyyatı cari ildə də dinamik inkişaf tempini saxlayıb və davamlılığı təmin etmək üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirlər öz səmərəsini verir. Qlobal maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatının inkişafını davam etdirir və regionda lider dövlət olduğunu sübut edir. Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır, eyni zamanda, büdcənin tərtibi zamanı dünya maliyyə bazarında baş verən neqativ meyillər də diqqətlə təhlil edilir. Büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır”.
Maliyyə naziri Samir Şərifov respublikamızın 2013-cü il dövlət büdcəsinin layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən, 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirməklə tərtib edilib. Nazirin sözlərinə görə, 2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz çoxdur. Bu göstərici 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11,4 milyard manatını Dövlət Neft Fondundan transferlər, 6,4 milyard manatını Vergilər Nazirliyi, 1,4 milyard manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcək.
2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19,8 milyard manat proqnozlaşdırılır. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari xərclərə, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ildə dövlət büdcəsində öz əksini tapıb. 2013-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri də artırılacaq. Bu sahələrin xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2012-ci illə müqayisədə 2,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 24,5 faiz çoxdur. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 22,3 faiz təşkil edəcəyi gözlənilir.
Gələn il büdcədən müdafiə xərcləri üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsindən müdafiə xərcləri üçün 1 milyard 407 milyon 312 min 400 manat ayrılmışdı. Beləliklə, Azərbaycan Respublikası 2013-cü ildə özünün müdafiə xərclərini 8,6 faiz artırmağı planlaşdırıb. Burada məqsəd Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsidir.
Sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün 2013-cü ilin dövlət büdcəsindən İpoteka Fonduna 40 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğ 2012-ci illə müqayisədə 20 milyon manat çoxdur. 2013-cü il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon manat və ya 4,6 faiz çox vəsait ayrılması proqnozlaşdırılıb. Həmin xərclər fundamental elm tədqiqatlarının maliyyələşməsinə yönəldiləcək. Bu sırada Elmin İnkişafı Fonduna 7 milyon manat vəsait ayrılıb. 2013-cü ildə təhsil xərcləri üçün 1 milyard 530 milyon 400 min manat proqnozlaşdırılıb. Bu, 2012-ci illə müqayisədə 18,8 milyon manat və ya 1,2 faiz çoxdur. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 798,8 mln. manatı və ya 52,2 faizi natamam və orta təhsil xərclərinin, 394,4 mln. manatı və ya 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin, 57,2 mln. manatı və ya 3,7 faizi ali təhsil xərclərinin, 145,8 mln. manatı və ya 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 81,1 mln. manatı və ya 5,3 faizi texniki-peşə məktəblərinin və liseylərin, 53,1 mln. manatı və ya 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.
Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat ayrılacaq. Bu, 2012-ci illə müqayisədə 3,6 milyon manat və ya 0,5 faiz çoxdur. Ayrılan vəsaitin 326,8 mln. manatı və ya 49 faizi xəstəxanaların, 98 mln. manatı və ya 14,7 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 mln. manatı və ya 34,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 mln. manatı və ya 1,4 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 263,9 mln. manat və ya 65,6 faiz artıb. Nazir büdcədə nəzərdə tutulan ayırmalar nəticəsində gələn il büdcədən maliyyələşən təşkilatlarda çalışanların, təqaüdçülərin məvaciblərinin artırılacağını da deyib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin 2013-cü il və növbəti üç il üçün İnkişaf Konsepsiyası və proqnoz göstəriciləri barədə məlumat verib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas məqsədləri kimi ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması müəyyənləşdirilib. Konsepsiyada dünya iqtisadiyyatının inkişaf perspektivləri, ayrı-ayrı sektorlar üzrə ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, habelə gözlənilən əsas nəticələr əks olunub.
“Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri geniş müzakirələr aparılmaqla, habelə beynəlxalq maliyyə və digər təşkilatların dünya və Azərbaycan iqtisadiyyatına dair proqnozları təhlil edilməklə hazırlanıb. Dünya iqtisadiyyatında problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam edib, əldə olunmuş nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq reytinq agentlikləri tərəfindən regionda investisiya reytinqi verilmiş ilk və yeganə ölkə Azərbaycandır. “Qlobal rəqabət qabiliyyət indeksi”nə görə, Azərbaycanı artıq üç ildir ki, MDB ölkələri arasında birinciliyi qoruyub saxlayıb, cari ildə dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə yüksəlib. Azərbaycan müsbət iqtisadi artım tempi, inflyasiyanın idarə olunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşma, büdcə kəsirinin və onun ümumi daxili məhsula nisbətinin minimal həcmi, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası, əhalinin həyat səviyyəsinin göstəricilərinə dair proqnozlar onu göstərir ki, belə mürəkkəb qlobal iqtisadi mühitdə iqtisadiyyatımızın ortamüddətli dövrdə də makroiqtisadi sabitliyi davam edəcək” - deyə, nazir vurğulayıb.
Ş.Mustafayev bildirib ki, proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. Onun sözlərinə görə, 2013-cü ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq. Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib, bir barel neftin qiyməti gələn il üçün 100, növbəti üç il üçün 80 dollar qəbul edilib. Növbəti il üçün 1 dollar 78,5 qəpik qəbul edilib, inflyasiya tempi 5,7 faiz proqnozlaşdırılıb.
İclasda Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək rəhbərlik etdiyi qurumun rəyini millət vəkilərinin diqqətinə çatdırıb.
Müzakirələr zamanı çıxış edən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov büdcənin ölkənin iqtisadi inkişafının göstəricisi olduğunu bildirib. Bununla belə o, aqrar sahənin inkişafına, o cümlədən, Aqrar Universitetə daha çox vəsaitin ayrılmasını təklif edib. İclasda, həmçinin, millət vəkilləri İsmayıl Hacıyev, Zahid Oruc, Əli Məsimli, Xanhüseyn Kazımlı, Jalə Əliyeva, Elton Məmmədov, Vahid Əhmədov və başqaları çıxış edərək gələn ilin büdcə layihəsi ilə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

