Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
15.11.2014 [11:30]
Noyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2014-cü il noyabrın 12-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
İclasda 2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin təşkili məsələsi müzakirə olunub. Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyası seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin və iş təcrübəsinin artırılması üçün 2002-ci ildən etibarən müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində treninq layihəsi gerçəkləşdirir. MSK Katibliyinin bu sahədə təcrübə qazanmış əməkdaşlarından ibarət Treninq qrupu tərəfindən aparılan treninqlər əyani vəsaitlərdən və seçkilərə dair konkret sənəd nümunələrindən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Komissiya illərdən bəri formalaşmış ənənə nəticəsində əldə olunmuş təcrübəni və treninqlərin maarifləndirmə prosesindəki əhəmiyyətini vurğulayaraq, bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin öz vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlmələri, onların işgüzar vərdişlərinin artırılması üçün 2 mərhələli treninqlərin keçirilməsinə qərar verib. Qərara əsasən, treninqlərin birinci mərhələsində 2014-cü il noyabrın 17-dən başlayaraq bələdiyyə seçkiləri keçiriləcək seçki dairələri dairə seçki komissiyalarının hər birindən 2 nəfər olmaqla Bakı şəhərində 4 günlük “Trenerlər üçün treninq”, ikinci mərhələdə isə noyabrın 25-dən etibarən yerlərdə aşağı seçki komissiyalarının bütün üzvləri üçün hər qrupa 36 nəfərədək komissiya üzvü cəlb edilməklə formalaşmış təcrübəyə uyğun treninqlər keçiriləcək. Qeyd etmək lazımdır ki, ümumilikdə bu treninqlərdə 30 mindən çox aşağı seçki komissiyaları üzvlərinin iştirakı nəzərdə tutulur.
İclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə seçki bülleteninin mətni və forması təsdiq edilib, ümumilikdə 4976302 (dörd milyon doqquz yüz yetmiş altı min üç yüz iki) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
Komissiyanın iclasında bu il keçiriləcək bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib və həmin partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda cari məsələlərə də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

