Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır

Ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır

12.12.2014 [09:36]

Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilməklə yüksək standartlar və tələblər səviyyəsində yenidən təşkil edilmiş muzeyində Heydər Əliyevin zəngin irsini özündə əks etdirən eksponatlar, bu barədə elektron vasitələrlə Azərbaycan, ingilis və rus dillərində məlumatların verilməsi, onların elektron bazasının yaradılması, müasir elektron informasiya ekran və tablolarının yerləşdirilməsi tədbir iştirakçılarına təqdim edilib.
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, Onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində Ulu öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə edib, öz layiqli və hərtərəfli, təminatlı gələcəyinin bütün əsaslarını yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olub.
Xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, o cümlədən azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkə iqtisadiyyatı və bütövlükdə dövlətimizin gələcəyi üçün həlledici amil olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul oldu, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoydu.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının yenidən formalaşması ilk növbədə, Ulu öndər Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, Onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Milli Prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaradıb.
Xüsusi vurğulanıb ki, İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi fəaliyyəti, Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda, hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılıb, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlayıb, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülüb.
Bildirilib ki, Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyevin nitqində göstərildiyi kimi, ölkə iqtisadiyyatı uğurla inkişaf edib, bütün makroiqtisadi göstəricilər yüksək səviyyəyə çatıb, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin edib, nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilib. Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, əldə edilmiş uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilib, dünyanın nüfuzlu iqtisadi institutu olan Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 38-ci yerdə qərarlaşıb.
Tədbirdə Ümummilli lider Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq, paytaxtımızın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, o cümlədən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilib.
Anma mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlətimizin başçısı İlham Əliyev əmin edilib ki, Ulu öndər Heydər Əliyevin ideyalarına və Onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Mərasimin sonunda Ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan “Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 1538 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31