/ / Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusunda kurslar başlayıb
Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusunda kurslar başlayıb
11.03.2015 [09:40]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideya və təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun rəhbər kadrların fasiləsiz təhsil mərkəzində “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusunda qısamüddətli kurslara başlanılıb.
Azərbaycan multikulturalizminin ölkə daxilində və xaricdə təbliği ideyasına xidmət edən bu kursun əsas məqsədi ölkəmizdə icra hakimiyyəti orqanlarında və müxtəlif qurumlarda çalışan işçilərə Azərbaycan multikulturalizmi və ölkəmizdəki multikultural mühitin və tolerantlığın mənəvi və hüquqi təminatı ilə bağlı sistemli bilgilər verməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan kursun açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev məruzə ilə çıxış edib. “Ümummilli lider Heydər Əliyev siyasi multikulturalizmin banisi kimi” mövzusunda dinləyicilər qarşısında çıxış edən Kamal Abdullayev ölkəmizdə mövcud multikultural və tolerant mühit, bu mühitin yaradılmasında Ulu öndərin böyük uzaqgörənliklə atdığı addımlar, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmi modelini dünyaya xalqımızın sahib olduğu sərvət kimi təqdim etməsi və dünyanı Azərbaycan nümunəsindən faydalanmağa dəvət etməsi, həmçinin ölkəmizdəki multikultural mühitin hüquqi və siyasi bünövrəsi haqqında dinləyicilərə geniş bilgilər verib.
Martın 13-dək davam edəcək kursun növbəti günlərində DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, həmçinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Dövlət İdarəçilik Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin digər əməkdaşları mühazirələr oxuyacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

