Ana səhifə »  Daxili siyasət »  AZƏRBAYCANIN MÜASİR DÜNYADAKI YERİ VƏ NÜFUZU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARININ ƏZƏMƏTLİ ABİDƏSİDİR
A+   Yenilə  A-
AZƏRBAYCANIN MÜASİR DÜNYADAKI YERİ VƏ NÜFUZU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARININ ƏZƏMƏTLİ ABİDƏSİDİR

Azərbaycanın bugünkü inkişafını qiymətləndirərkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş SSRİ-nin tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insana nə qədər borclu olduğumuzu daha dərindən anlayırıq. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdur.
Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı, ilk növbədə, onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq O, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından qüvvət alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, Onun strategiyası, Onun arzuları artıq həqiqətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.
Ümummilli liderin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə Onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”.
Ümummilli liderimiz Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq, böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.
Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, O, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də, cəsarətlə deyirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.
Ulu öndər iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilir, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Məhz Onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulmuş, özəl sektor yaradılmış, respublikaya böyük xarici sərmayələr cəlb edilmiş, sahibkarlıq üçün geniş imkanlar açılmış, Sovet dövründən qalma fabrik və zavodlar dünya bazarına çıxarıla biləcək məhsullar istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilmişdir. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanmışdır. Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: “Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik”.
Uzaqgörən siyasətçi kimi özünü hələ Sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.
Ulu öndər Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdir ki: “Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik”.
Doğrudan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Bunlardan təkcə kənd təsərrüfatı və torpaq islahatlarını göstərmək kifayətdir. Ulu öndər artıq 2001-ci ildə deyirdi: “Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır”.
Məhz Heydər Əliyevin bu cəsarətli addımları sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrilmiş və bunun böyük bəhrəsini bu gün də görməkdədir. Respublikanın kənd təsərrüfatında son illərdə qazanılmış qələbələr isə göz qabağındadır. Ulu öndərin bu sahədə başladığı işlər müstəqilliyimizin sonrakı illərində də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi böyük kömək sayəsində artıq Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən bir dövlətə çevrilmişdir.
Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və tarazlı beynəlxalq siyasəti olmalıdır. Buna görə də, öz çıxışlarında dönə-dönə qeyd edirdi: “...Bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz”.
Azərbaycan Respublikasının geosiyasi yerləşimini və beynəlxalq aləmdəki mövcud vəziyyətini düzgün qiymətləndirən Heydər Əliyev regional layihələrin həyata keçməsində ölkəmizin bir açar rolunu oynamasının vacibliyini ortaya qoydu.
Azərbaycan Respublikasının beynəlxalq aləmdə qeosiyasi əhəmiyyətinin artmasının bir səbəbi də, milli mənafelərinin qarantı və inkişafının əsas amillərindən biri olan neft faktorudur. Amerika siyasət adamlarından olan Konatın fikrinə görə, geosiyasətdə neft faktoru əhəmiyyətli bir rol oynayır. Xəzərin 200-dən artıq neft strukturunun 145-i Azərbaycan sektorunun payına düşür. Azərbaycanın zəngin neft mənbələrinə sahib olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində Ümummilli lider Heydər Əliyev tərəfindən çox düzgün qiymətləndirildi. Dövlətin neft strategiyası zamanın tələbinə uyğun olaraq milli mənafelər zəminində idarə edilməyə başlandı.
Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən, yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilmiş, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olmuş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açmışdır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda, böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də, ondan da çox yaşayacaqdır”.
Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və təmkinlə, eyni zamanda heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.
Azərbaycan bu gün Avropa və bütün dünya enerji bazarında lider qüvvəyə çevrilmişdir. Azərbaycanın dünya enerji bazarına çıxması ilə yeni bir canlanma müşahidə edilmiş, neft-qaz infrastrukturunun modernləşməsi istiqamətində düzgün siyasi addımlar atılmışdır. Göründüyü kimi, enerji siyasəti ilə bağlı bütün addımlar düşünülmüş şəkildə atılmaqdadır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə ortaq fəaliyyət göstərir.
Günümüzün həqiqətləri isbat edir ki, enerji bir dövlətin təməl əsasıdır. Artıq dünyada neftlə zəngin ölkələrdən ibarət yeni geosiyasi neft məkanı meydana gəlməkdədir. Müvəffəqiyyətlə həyata keçirilən neft strateğiyası nəticəsində Azərbaycan da bu məkana daxil olmuşdur.
Azərbaycan müasir beynəlxalq təhlükəsizlik sisteminə aktiv şəkildə inteqrasiya edir. Bu isə dövlətin milli mənafelərinin qorunması istiqamətində ciddi fəaliyyətin həyata keçirilməsinə imkan verir.
Cənubi Qafqaz regionu və onun ən ümidverici ölkəsi olan Azərbaycan dünya güclərinin böyük diqqətlə yanaşdığı əhəmiyyətli bir ərazidir. Burada ikitərəfli və çoxtərəfli mənafelər bir araya gəlməkdədir. Bu baxımdan, Azərbaycan Respublikasının yeni dünya düzənində oynadığı rol əhəmiyyətli dərəcədə artmaqdadır.
Hazırda bölgədə və dünyada yaşanan əhəmiyyətli iqtisadi, siyasi, mədəni proseslərdə və hadisələrdə Azərbaycan dövləti layiqincə təmsil edilir. Azərbaycan öz mövqeyini müəyyənləşdirmiş və mənafelərini qoruya bilmişdir.
Ölkəmizdə həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, aparılan aktiv xarici siyasət sayəsində dünyanın ən güclü dövlətlərinin, nüfuzlu təşkilatlarının diqqəti Azərbaycana yönəlmişdir. Bu isə beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı-faydalı əməkdaşlığın qurulmasına və inkişaf etməsinə əlverişli şərait yaratmışdır.
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirakı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində tutduğu yeri möhkəmləndirməkdədir. Ümumilikdə, Avropanın enerji təhlükəsizliyinın təmin edilməsi baxımından Azərbaycanla bağlı planları böyükdür. Yaxın illərdə “Şahdəniz”də qaz ixracatı maksimum səviyyəyə çatacaqdır. Təbii ki, bu zaman enerji təhlükəsizliyi Avropanı indikindən daha da çox düşündürən aktual məsələ olaraq gündəmdə olacaqdır. “Ümid” və “Abşeron”dan istehsalın başlaması isə Azərbaycanı gələcəkdə dünyanın böyük qaz ixracatçısı olan ölkə kimi tanıdacaqdır. Bu da Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi mövqeyini daha da gücləndirəcəkdir. Azərbaycan geostrateji mövqeyi sayəsində Orta Asiya ilə Avropa arasındakı enerji, nəqliyyat və rabitə layihələrinin mərkəzində dayanmaqdadır. Yəni Azərbaycan gələcəkdə də Orta Asiya ölkələrinin geoiqtisadi və geosiyasi maraqlarının, regional təhlükəsizliyin təmin edilməsi işində birbaşa iştirak edəcək. Çünki Azərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün lazımi imkanlara (müvafiq geosiyasi mövqeyə, təbii qaynaqlara, yüksək insan potensialına və s.) sahibdir. Bunu məşhur Norveç tədqiqatçısı Byörn Veqqe bu şəkildə ifadə edir: “Azərbaycan dünyada ən böyük yol ayrımıdır”.
Təhlillər göstərir ki, Azərbaycan bölgədə geostrateji baxımdan lider ölkədir, regional layihələrin əsas təşəbbüskarı və iştirakçısıdır. Bu isə nəticə etibarı ilə Azərbaycanın bölgədəki liderliyinin qorunmasına imkan verən strateji addımların atılmasını lazımlı edir. Azərbaycan digər dövlətlərlə hər sahədə əməkdaşlıq etməyə hazır olan ölkə kimi öz mövqeyini qoruyur. Bu mövqe istər regionda, istərsə dünyada cərəyan edən hadisələrdə və proseslərdə ölkəmizin aktiv olaraq iştirakını təmin edəcək. Azərbaycan geoiqtisadi, hərbi-geostrateji mövqeyini, təhlükəsizliyini, milli maraqlarını və mənafelərini qorumağa xidmət edən strateji konsepsiyasını dövrün həqiqətləri və gələcəyə baxışları ilə uzlaşmış bir şəkildə hazırlamaqdadır.
Gələcək dünyanın siyasi coğrafiyasını müəyyənləşdirmək olduqca çətin məsələdir. Lakin dünya sistemində yaşanan tektonik münaqişələr, lokal müharibələr və bir çox digər faktorlar XXI əsrin geostrateji xəritəsini qismən də olsa ortaya qoymuşdur. Azərbaycanın dövlət mənafelərinin, milli maraqlarının dünya dövlətləri tərəfindən dəstəklənməsi ölkəmiz üçün nə qədər vacibdirsə, Azərbaycan ilə əməkdaşlıq edən Qərb ölkələri üçün də, istinad etdikləri enerji qaynaqlarının təhlükəsizliyi bir o qədər əhəmiyyətlidir.
Dünya siyasətinin mərkəzi sayılan Avrasiya məkanında regionumuz bu gün geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Avrasiya dünya siyasətinin mərkəzi səhnəsi olduğundan, bu bölgədə yerləşib bitərəf qalmaq mümkün deyil. Digər tərəfdən, Azərbaycan coğrafi baxımdan nə tam Avropa, nə də tam Asiya dövləti deyildir. Avropa ilə Asiyanın qızıl körpüsü sayılan Azərbaycan dünya siyasətini müəyyənləşdirən dövlətlər üçün həyat əhəmiyyətli geosiyasi məkandır.
Ölkəmiz Şərq ilə Qərb mədəniyyətlərinin qovuşduğu məkanda, İslam və xristian dinlərinin ortasında yer almaqdadır. Bu səbəbdən dinlərarası dialoqda tutduğu yer, vahid dünya mədəniyyətinin formalaşmasında oynadığı rol əhəmiyyətlidir. Bu mövqe Azərbaycanın dünyada oynadığı rolu daha da artırır. Fəxrlə deyə bilərik ki, Azərbaycan malik olduğu potensial baxımından inkişaf etmiş dünya dövlətləri ilə müqayisə edilə bilər.
Azərbaycanın Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu öndərin sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.
Ölkəmizin gələcəkdəki gücü və taleyi də milli birliyi, ideoloji təhlükəsizliyi, iqtisadi müstəqilliyi, siyasi suverenliyi qorumaq və bütün bunlara paralel olaraq, dünyaya inteqrasiyanı davam etdirmək əzmində olan Prezident İlham Əliyevin siyasi iradəsi və peşəkarlığı ilə sıx surətdə bağlıdır. Ölkəmiz isə Qərb ilə Şərq arasında həm enerji, həm rabitə, həm də məlumat texnologiyalarının mərkəzi olmaqla, regional təhlükəsizliyin qarantı mövqeyini davam etdirəcəkdir.
Azərbaycan Şərq ilə Qərb mədəniyyətlərinin qovuşduğu məkanda, islam və xristian dinlərinin ortasında yer almaqdadır. Bu səbəbdən dinlərarası dialoqda tutduğu yer, vahid dünya mədəniyyətinin formalaşmasında oynadığı rol əhəmiyyətlidir. Bu mövqe Azərbaycanın dünyada oynadığı rolu daha da artırır. Qürurla deyə bilərik ki, Azərbaycan malik olduğu potensial baxımından inkişaf etmiş dünya dövlətləri ilə müqayisə edilə bilər.
Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə, ölkəmizin müasir dünyadakı yerinin və nüfuzunun güclənməsinə yönəlmişdir.
Jalə Əliyeva
Milli Məclisin deputatı

 
  • Oxunub:  27750  |  
  • Tarix:  17-04-2015  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA