Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Diaspor / Ukraynada Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Ukraynada Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

12.12.2018 [09:57]

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Kiyevdə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda konfrans keçirilib. Komitədən qəzetimizə verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Komitəsinin, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. İştirakçılar əvvəlcə Heydər Əliyev adına parkda Ulu öndərin heykəli önünə tər çiçəklər düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında Ümummilli lider Heydər Əliyevin misilsiz rolu olduğunu vurğulayıb. O, Ulu öndərin keçdiyi tarixi yoldan danışıb. Bildirib ki, o dövrlər hakimiyyət uğrunda mübarizə getdiyi bir zamanda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı böyük bəlalardan qurtarıb. Ömrünün son gününə qədər dövlətçiliyin inkişafında əməyini əsirgəməyib. Azərbaycanda diaspor quruculuğunda Heydər Əliyevin misilsiz xidmətlərinə toxunan D.Rəcəbli qeyd edib ki, Ulu öndər bütün xarici ölkələrə səfəri zamanı mütləq diaspor təşkilatları ilə görüşüb müzakirələr aparardı. Məhz Onun səyləri nəticəsində dünyada güclü Azərbaycan diasporu formalaşıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Böyük ömrün anları” adlı film nümayiş etdirilib.
Daha sonra çıxış edən diaspor rəhbərləri Ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporunun inkişafında əvəzsiz rolundan danışıblar.
Qeyd edək ki, konfrans çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu öndərin həyat və yaradıcılığına həsr olunan sərgi də nümayiş etdirilib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 1542 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30