Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Özbəkistanda seçkilər: səsvermə fəallığı 62,7 faiz təşkil edir

Özbəkistanda seçkilər: səsvermə fəallığı 62,7 faiz təşkil edir

27.10.2024 [17:28]

Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.

AZƏRTAC-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası saat 15:00-dək səsvermədə seçicilərin 62,7 faizinin iştirak etdiyini bildirib.

Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 10 min 717 seçki məntəqəsi təşkil edib, onlardan 57-si dünyanın 40 ölkəsində yerləşir. Seçki Məcəlləsinə əsasən, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat qadağandır.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31