Suriya müharibəsində növbəti mərhələ
03.12.2024 [09:20]
Beynəlxalq aləm işə qarışıb
Yaxın Şərqdə vəziyyət yenidən alovlanır. Bir müddət idi ki, sükutun hökm sürdüyü Suriyada vəziyyət yenidən qarışıb. Şiddətlənən hadisələr bölgədəki mürəkkəb vəziyyəti yenidən diqqət mərkəzinə gətirib. Xatırladaq ki, Suriyanın şimalında gedən proseslər bir neçə istiqamətdə izah olunur:
- Türkiyənin hərbi hərəkətləri: Türkiyə, Suriyanın şimalında kürd YPG qruplarına qarşı hərbi əməliyyatlarını gücləndirib;
- Suriya hökumətinin çətinlikləri: ayrı-ayrı dövlətlər tərəfindən dəstəklənən Bəşər Əsəd üçün vəziyyət ağırlaşıb. Şimal-qərb bölgələrində müxalif qrupların hücumları hakimiyyəti zəiflədib. M-5 yolu kimi strateji əhəmiyyətli marşrutlar nəzarətdən çıxıb, bu da hərbi və iqtisadi problemlər yaradır.
Bu proseslər isə Suriyada yeni bir hərbi eskalasiyanın başlanğıcı ola bilər. Hazırda bütün diqqət münaqişənin necə inkişaf edəcəyinə yönəlib.
Türkiyə dəfələrlə xəbərdarlıq edib...
Müxalif qüvvələrin yenidən hücuma başlaması Suriya ətrafında yeni siyasi çəmbər yaradıb. Xüsusilə region ölkələri baş verənlərdən narahatlığını ifadə etməkdədir. Dünən bununla bağlı mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, indiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olar. Bu, vəziyyəti anlamaq istəməyənlər üçün bir sığınacaq yeridir. Fidan bildirib ki, Suriyada genişmiqyaslı qarşıdurmaların yenidən başlamasının səbəbi bu ölkənin bir-birinə bağlı problemlərinin 13 ildən artıqdır ki, həll edilməməsidir. Suriyada mülki şəxslərə qarşı hərtərəfli hücumların vətəndaş müharibəsini yenidən alovlandırdığını bildirən Fidan bu mövzuda bütün əlaqədar tərəflərə dəfələrlə xəbərdarlıq etdiklərini vurğulayıb.
Astana Prosesi çərçivəsində İranla koordinasiyanı davam etdirəcəklərini ifadə edən Fidan qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasını hər zaman dəstəkləyib: “Bundan sonra da dəstəkləyəcəyik. Biz xüsusilə vətəndaş müharibəsinin daha da qızışmasını istəmirik. Dinc əhalinin öldürülməsini, mülki infrastrukturun məhv edilməsini və şəhərlərin yenidən ağır bombardmanlarla dağıdılmasını görmək istəmirik”.
İran ABŞ-ı günahlandırır - İraq sərhəddə qoşun yığır
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra mətbuata açıqlamasında İran və Türkiyənin Suriyanın terrorçuların sığınacağına çevrilməyəcəyinə əmin olduğunu bildirib. “Biz Suriyanın yenidən terrorçular üçün təhlükəsiz sığınacaq olmaması mövzusunda ortaq mövqedəyik. Bizim məlumatlara görə, Suriyada fəaliyyət göstərən terrorçu qruplar ABŞ və İsrail ilə sıx əlaqələr saxlayır və öz hərəkətlərini əlaqələndirirlər”.
Onun sözlərinə görə, ABŞ və İsrail bu qruplardan Suriyanın təhlükəsizliyini təhdid etmək və beynəlxalq ictimaiyyətin diqqətini Fələstin və Livanda baş verənlərdən yayındırmaq üçün istifadə edir”.
Bu arada İraq ordusunun Suriya ilə sərhəd qapısı olan Əl-Qaimdən İordaniyaya qədər bölgənin təhlükəsizliyini təmin etmək üçün bölgəyə zirehli birliklər göndərdiyi bildirilib. Anadolu Ajansın məlumatına görə, İraq Müdafiə Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada zirehli bölmələrin ölkənin Suriya sərhədindən İordaniya sərhədinə qədər olan ərazidə dəstək və təhlükəsizliyi təmin etmək üçün hərəkətə keçdiyi qeyd edilib.
ABŞ qoşunları riskbölgəsindən aralıdadır...
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Suriya müxalifətin Hələb və onun ətrafındakı hərəkətlənməsini onları dəstəkləyən dövlətlərin güc itirməsi və diqqətin Suriyaya yönəldilməsi cəhdi kimi qiymətləndirib. Hücumun sürətli şəkildə həyata keçirilməsini təəccüblü sayan Sallivan Hələb və İdlib şəhərlərində baş verən son hadisələrin ABŞ-ın bölgədəki qüvvələri üçün risk təşkil edib-etməməsinə də aydınlıq gətirib: “Hazırda İŞİD-lə mübarizə aparmaq üçün Suriyada yerləşdirilən qüvvələrimiz hadisələrin baş verdiyi ərazidən aralıdır. Bu mənada onlar xüsusi təhlükə altında deyillər. Bununla belə, hələ də İran və İraqdakı şiə qrupları tərəfindən təhdid altında sayılırlar. Biz onların müdafiəsini təmin etmək və onlara qarşı hücumlara cavab vermək üçün hər an hazırıq”.
Britaniya danışıqlara çağırış edib - Rusiya Əsədi dəstəkləyir
Britaniya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Suriyada mövcud vəziyyət Bəşər Əsəd rejiminin siyasi proseslərdə iştirakdan daim imtina etməsi səbəbindən yaranıb. İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü Suriyadakı hadisələrlə bağlı verdiyi açıqlamada bildirib ki, Birləşmiş Krallıq bütün tərəfləri mülki insanları və infrastrukturu qorumağa çağırır. Ölkədəki qarşıdurmaların sona çatması üçün siyasi həll yolu məqbul hesab edilib. Bəyanatda Suriya hakimiyyəti və digər aktorlar BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq danışıqları dəstəkləməyə və iştirak etməyə çağırılıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə davam etdiklərini bildirib. Peskov açıqlamasında bildirib ki, vəziyyətin sabitləşməsi üçün lazımi mövqe müəyyən ediləcək.
İdlib bombalandı - Silahlı qruplaşmalar Suriyaya daxil oldu...
Dünən yayılan məlumata görə, Bəşər Əsəd rejimi Su-22 qırıcıları ilə İdlib şəhərinin mərkəzinə zərbələr endirib. Türkiyə mətbuatı yazıb ki, hava hücumu nəticəsində həyatını itirənlər olub, çox sayda insan yaralanıb. Bundan başqa, İdlibin şimalındakı Harbanuş kəndindəki çadır şəhərciyinə təşkil edilən hücum zamanı 5-i uşaq, 2-si qadın olmaqla, 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın “Kətaib Hizbullahı” və “Fatimiyyun” dəstələri Suriya ərazisinə daxil olublar. Onlarla Həşdi-Şəəbi qüvvəsi Suriyanın şərqindəki Əl-Bukamal bölgəsindən keçərək şimal cəbhələrinə göndərilib. Silahlılar orada yardımçı qüvvə kimi yerləşdirilmək üçün səfərbər edilirlər. Qüvvələrin Suriya prezidenti Bəşər Əsədin müraciətinə cavab olaraq köməyə göndərildiyi bildirilir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

