/ / Almaniyada son rəy sorğusu ifrat sağın Kansler vəzifəsinə namizədinin reytinqinin yüksək olduğunu göstərir
Almaniyada son rəy sorğusu ifrat sağın Kansler vəzifəsinə namizədinin reytinqinin yüksək olduğunu göstərir
23.12.2024 [10:14]
Almaniyada INSA İctimai Araşdırmalar İnstitutunun bazar günü açıqladığı rəy sorğusunun nəticələri ifrat sağçı, Almaniya üçün Alternativ Partiyasının (AfD) Kansler vəzifəsinə namizədi Alis Vaydelin öndə olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, INSA-nın “Bild” qəzeti üçün keçirdiyi rəy sorğusuna qatılanların 24 faizi AfD-nin namizədini Kansler kimi görmək istədiklərini ifadə ediblər. Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts ondan 4 faiz geri qalır. Bu göstərici Almaniyanın qərbində hər iki namizəd üçün 22 faiz olduğu halda, ölkənin şərqində Alis Vaydel üçün 36, Fridrix Merts üçün isə 16 faiz təşkil eidr. Alis Vaydel gənc seçicilər tərəfindən də dəstəklənməkdədir. Belə ki, gənc seçicilərin 23 faizi qadın namizədə, 12 faizi isə CDU liderini Kansler vəzifəsində görmək istəklərini bildiriblər. Hətta CDU seçicilərinin üçdəbiri Fridrix Mertsi Kansler kimi görmək istəmədiklərini qeyd ediblər.
Respondentlərin cəmi 15 faizi hazırkı Kansler, Sosial Demokrat Partiyasının namizədi Olaf Şoltsu, 14 faizi isə vitse-kansler, iqtisadiyyat naziri Robert Habeki hökumət rəhbəri vəzifəsində görmək istədiklərini ifadə ediblər.
Partiyalar üzrə reytinq siyahısında 32 faizlə CDU-CSU ilk sıradadır. AfD 20 faizlə ikinci, SPD isə 16 faizlə üçüncüdür. Rəyi soruşulanların 12 faizi Yaşıllar Partiyasına, 8 faizi Zahra Vaqenknext İttifaqına (BSW), 5 faizi Azad Demokrat Partiyasına (FDP), 3 faizi Sol partiyaya, 4 faizi isə digərlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

