Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məşhur Hollivud aktyorlarının Los-Ancelesdəki malikanələri yanıb

Məşhur Hollivud aktyorlarının Los-Ancelesdəki malikanələri yanıb

09.01.2025 [14:59]

Los-Ancelesdə tüğyan edən meşə yanğınlarında Hollivud aktyorları Entoni Hopkins, Adam Brodi, Anna Feris kimi məşhurların evləri yanıb.

AZƏRTAC “Page Six” nəşrinə istinadla xəbər verir ki, Adam Brodi və Leyton Misterin yanan dəbdəbəli malikanəsi 6,5 milyon dollar dəyərində qiymətləndirilir. Maylz Teller, Yucin Levi, Billi Kristal, Con Qudmen də evləri yanan aktyorlar arasındadır.

Qeyd edək ki, yanvarın 7-də Cənubi Kaliforniyada başlayan meşə yanğınları güclü külək səbəbindən sürətlə yayılmaqda davam edir. Yerli yanğınsöndürmə idarəsi resursların yalnız bir və ya iki böyük yanğınla mübarizə aparmaq üçün kifayət etdiyini bildirib.

Yerli hakimiyyət orqanları qonşu ştatlardan yardım istəyib. Vaşinqton, Nevada və Oreqondan kömək üçün fəlakət zonasına yanğınsöndürən və təcili yardım heyətləri göndərib.

ABŞ Prezidenti Cozef Bayden təbiət yanğını ilə bağlı ştatda fəlakət rejimi elan edib. “The Washington Post” qəzetinin məlumatına görə, yanğınlar nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Analitik

100 illik saziş...

18 Yanvar 10:18

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Yanvar 09:35  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Ədəbiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31