Zehni təfəkkürün gücü...
14.01.2025 [08:48]
Dünya Məntiq Günüdür
Yanlış ilə doğrunu seçmək, hansısa suallara cavab tapmaq üçün məntiqimiz işə düşür. Məlumdur ki, hər bir insana lazım olan əsas bacarıqlardan biri düşünmək qabiliyyətidir. Çünki düşünmə bacarığı və zehni təfəkkür güclüdürsə, öyrənmə qabiliyyəti də yüksək olur. Bu durum beynin analitik düşünmə qabiliyyətini artırır, hətta insanı həyatda rəqiblərindən daha üstün edir.
Yanvarın 14-ü Dünya Məntiq Günüdür. Bu gün 2019-cu ilin noyabr ayından başlayaraq hər il 14 yanvar tarixində qeyd olunan beynəlxalq bir gündür. Dünya Məntiq Gününü qeyd etmək üçün seçilən tarix, amerikalı məntiqçi Kurt Hödelin ölüm tarixinə və iyirminci əsrin ən görkəmli məntiqçilərindən olan Alfred Tarskinin doğum tarixinə uyğundur.
Təbii ki, zehni təfəkkürün güclü olması insanların istər iş həyatında, istərsə də şəxsi münasibətlərində vacib amillərdəndir. Məntiqi təfəkkürü gücləndirməyin isə bir çox yolları var. Məlumdur ki, məntiqli və ağıllı insanların səhv etmək ehtimalı daha azdır. Məntiqli düşünən uşaqlar səbəb-nəticə əlaqəsi qura bildikləri üçün dərslərində daha uğurlu olurlar. Eyni zamanda, məntiqi güclü olan şəxslər işlərində, biznes fəaliyyətlərində uğur qazanırlar.
Məntiqimizi gücləndirmək üçün..
Mütəxəssislər məntiqin gücləndirilməsi üçün bir sıra amilləri nəzərə almağı məsləhət görürlər. Belə ki, zehni qabiliyyətin gücləndirilməsi üçün bəzi qaydalara əməl etmək vacibdir.
Fiziki hərəkət beyini böyüdür: Həqiqətən də belədir, hərəkət etdikdə beynimiz böyüyür. Hərəkət sinapsları artırır, beyində daha çox əlaqənin yaranmasına səbəb olur və əlavə hüceyrələr əmələ gəlməsinə kömək olur. Fiziki hərəkəti yeni mühit kəşf etmək, işlərimizi görmək və ya ideyalarımızı paylaşmaqla birləşdirdikdə, yeni sinir hüceyrələri düzgün halqa formalaşdıracaq.
Hərəkətdə ikən öyrənin: Bu üsul araşdırmalar nəticəsində gəlinən qənaətlə yanaşı, aktyorların da istifadə etdiyi bir vasitədir. Hansısa məlumatı yadda saxlamağa çalışarkən hərəkət etsəniz, istəyiniz uğurlu alınacaq. Təqdimatınız və ya nitqiniz varsa, yaxud gün ərzində görməli olduğunuz işləri yadda saxlamaq istəyirsinizsə, otaqda var-gəl etməyi, hətta rəqs etməyi sınamağa dəyər.
Düzgün qidalar qəbul edin: Qəbul etdiyimiz şəkər və enerjinin təxminən 20 faizi beynimizə gedərək, beyin fəaliyyətini qlükoza səviyyəsindən asılı edir. Əgər şəkər səviyyəsinə nəzarət olunmazsa, çaşqınlıq hiss edərsiniz. Sevdiyiniz qidaları yeyən zaman beyinin mükafat hissəsində dopamin adlı kimyəvi maddə ifraz olunur ki, yedikcə həzz hissi bəxş edir. Lakin beyin ilə yanaşı, bağırsağınızı da düzgün qidalarla təmin etməlisiniz. İnsanın həzm sistemində yüz trilyondan çox mikrob yaşayır. Onlar bağırsaq vasitəsilə beyinlə birbaşa əlaqədə olurlar və buna görə də beyinin sağlamlığı üçün həmin mikrobların böyük əhəmiyyəti var.
Beyin hüceyrələri yağdan təşkil olunduğu üçün pəhrizinizdən yağı çıxarmamaq vacibdir. Ləpə və toxumlar, avokado və balıq, rozmarin və sarıkökün tərkibindəki əsas yağ turşuları beyin üçün çox xeyirlidir. Çalışın yeməyi tək yeməyəsiniz - şən dostluq və ya ailə mühitində qidalanmaq məntiqiniz və beyniniz üçün əhəmiyyətli olan sağlam pəhrizi faydalı edir.
Hər şeydən uzaqlaşın: İnsana fövqəladə vəziyyətdə reaksiya müddətini sürətli etmək üçün az da olsa stress təcrübəsi gərəkdir. Bu zaman, bizi enerjili edən və köklənmək qabiliyyətini artıran kortisol hormonu ifraz olunur. Lakin uzunmüddətli narahatlıq və stress beyin üçün zəhərlidir. Bu səbəbdən də aradabir hər şeydən uzaqlaşıb, beynin həmin hissəsini istirahətlə təmin etmək son dərəcə vacibdir. Və bu zaman, əslində, beyinin başqa bir hissəsini məşq etdirmiş olursunuz. Musiqisiz qalmayın: Araşdırmalar göstərir ki, musiqi beyinə unikal bir formada təkan verərək məntiqin güclənməsinə şərait yaradır. Musiqi dinləyən və ya ifa edən birinin beyninə baxsanız, bütün orqanın aktiv olduğunu görərsiniz. Musiqi ümumi zəkanı artıra bilər və demensiya kimi xəstəliklər zamanı ən son itən adətən musiqi yaddaşı olur.
Səhər yaxşı oyanın: Hamımız yuxunun əhəmiyyətini bilirik. Beş saatdan az yuxu insanı keyləşdirdiyi kimi, 10 saatdan artıq yuxu da beyinə mənfi təsir göstərir. Amma gün ərzində enerji dolu qalmaq üçün mühüm faktor yuxudan necə oyanmağımızdır.
Qaranlıq otaqda yatıb, tədricən artan işıqda ayılmaq ən ideal vasitədir. Belə ki, işıq bağlı göz qapaqlarına sirayət etdikcə beyini hazırlayır və bizdə oyanma reaksiyasını artırır. Oyanan zaman bədəndəki kortizol hormonun sayı beyinin gün ərzində fəaliyyətinə təsir göstərir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

