Prokurorluq Cənubi Koreya Prezidentini qiyam təşkilində ittiham edir
26.01.2025 [15:30]
Cənubi Koreya prokurorluğu Prezident Yun Sok Yolu ölkədə qiyam təşkilində ittiham edir.
AZƏRTAC xəbər verir ki, prokurorluq rəsmi ittiham aktını hərbi vəziyyətin tətbiqi ilə əlaqədar qiyam təşkili şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində yanvarın 15-də saxlanılmış Prezidentin həbsinin sonuncu günündə - yanvarın 26-da axşam saatlarında elan edib. Qanunlara görə saxlanma müddətində şəxsə qarşı ittiham aktı elan olunmazsa, o, sərbəst buraxılmalıdır. Məhkəmə prokurorluğun Prezidentin saxlanma müddətini uzatmaq haqqındakı 2 vəsatətini təmin etməyib. Prokurorluq Korrupsiyaya Qarşı Mübarizədə İdarəsinin başlatdığı təhqiqatla tanış olduqdan sonra kifayət qədər dəlil olduğu üçün Prezidentə qarşı rəsmi ittiham elan edib. Bu, Cənubi Koreya tarixində vəzifədə olan prezidentin ilk dəfə cinayətə görə ittiham olunmasıdır.
Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı apardığı müddətdə suallara cavab verməkdən imtina edib. O, həbsini və istintaqı qanunsuz hesab edir. İstintaq qrupu onu həm də vəzifə səlahiyyətlərini aşaraq, hərbi vəziyyət elanına qarşı qətnamə qəbul etmək istəyən parlamentin işini pozmaq üçün Milli Assambleyaya hərbçiləri göndərməkdə şübhəli bilir.
Yun Sok Yol həm də prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Onun haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar prosesə başlayıb və indiyədək 4 iclas keçirilib. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06

