Türkiyə hərbi sənaye ölkəsinə çevrilir
31.01.2025 [09:58]
Ankara ilə Ər-Riyad arasında 6 milyardlıq müqavilə imzalanacaq
Yaxın Şərqdə geostrateji və geoiqtisadi güc mərkəzinə çevrilən, o cümlədən hərbi-təhlükəsizlik baxımından təsir imkanlarını artıran Türkiyə region ölkələrinin silah bazarında öz mövqeyini daha da möhkəmləndirmək üzrədir - Türkiyənin müasir hərbi sənayesinə ehtiyac artıb. İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ və Oman Türkiyənin beşinci nəsil hərbi sənayesinə maraq göstərir - qardaş ölkədən çağdaş dünyanın tələbərinə cavab verən hərbi-texnika və müxtəlif növlü silah-sursat almaq niyyətlərini irəli sürürlər.
Yeri gəlmişkən, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 6 milyard dollar dəyərində hərbi sazişin imzalanması gözlənilir - bu sazişə əsasən, Ər-Riyad Türkiyədən döyüş gəmiləri, tanklar və ballistik raketlər almağı planlaşdırır. Eyni zamanda hər iki ölkə arasında “KAAN” qırıcı təyyarəsinin birgə istehsalı ilə bağlı müzakirələr aparılır. Türkiyə mətbuatının məlumatına görə, bu saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında Ər-Riyada rəsmi səfəri zamanı imzalana bilər.
Qeyd edək ki, 2023- cü ildə Səudiyyə Ərəbistanı Türkiyədən müasir dronlar almaq üçün “Bayraktar” şirkəti ilə müqavilə imzalayıb - bundan sonra Ər-Riyad Türkiyənin “Altay” tanklarına və ballistik raketlərinə maraq göstərməyə başlayıb. Əgər belə bir əhəmiyyətli saziş imzalanarsa, bu, hər iki ölkənin hərbi-müdafiə sahəsində münasibətlərini daha da möhkəmləndirəcək - birgə silah istehsalı istiqamətində addımlar atıla bilər.
Vurğulayaq ki, Türkiyənin digər Körfəz ölkələri ilə də hərbi-müdafiə sahəsində münasibətləri inkişaf edir - silah ixracında Qətər 20 faiz, BƏƏ 17 faiz, Oman isə 13 faiz paya malikdir. Rəsmi məlumatlara görə, son iki il ərzində Türkiyə Qətər donanmasını intensiv və əhatəli hücum qabiliyyətinə malik olan xüsusi qayıqlarla, BƏƏ və Kuveyti Bayraktar PUA-ları və Omanın Kral donanmasını yeni hərbi avadanlıqlarla təmin edib.
İraq da Türkiyə ilə bu sahədə münasibətləri şaxələndirir - 2024-cü ilin avqustun 15-də Türkiyə və İraqın müdafiə nazirləri arasında hərbi-müdafiə, təhlükəsizlik və terrorizmə qarşı birgə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün memorandum imzalanıb. Türkiyə-İraq Yüksək Təhlükəsizlik Şurasının birgə iclasında İraq tərəfi Türkiyədən müasir silahlar almaqda maraqlı olduğunu bildirib.
Türkiyənin Pakistan və Azərbaycan ilə də hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı təqdirəlayiqdir. Xüsusilə vurğulayaq ki, bu ilin fevralında İslamabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şəhbaz Şərifin sədrliyi ilə Türkiyə-Pakistan Strateji Əməkdaşlıq Şurasının növbəti görüşü keçiriləcək - bu görüşdə ikitərəfli strateji müdafiə sazişi imzalanacaq. Sözügedən saziş iki ölkə arasında hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da yüksək səviyyə çatdırmaq məqsədi daşıyır.
Bundan başqa, Türkiyə və Pakistan “KAAN” qırıcı təyyarəsinin birgə istehsalı üçün ortaq müəssisə qurmaq istiqamətində də danışıqlar aparırlar.
Azərbaycan da Türkiyə ilə birgə silah istehsal etmək məsələsini aktuallaşdırır -Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əsasını qoyan Şuşa bəyannaməsinə əsasən, hər iki qardaş ölkə arasında hərbi əməkdaşlıq daha da genişlənib, bir çox sahələr üzrə qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələr həyata keçirilir.
Politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında qeyd edib ki, Yaxın Şərq və Afrika ölkələri, həmçinin Azərbaycan və Pakistanla hərbi-müdafiə əməkdaşlığı fonunda Türkiyənin beynəlxalq səviyyədə xüsusi hərbi potensialı olan bir ölkəyə çevrilməsi danılmaz faktdır. “Əvvəla nəzərə almaq lazımdır ki, Türkiyənin hərbi sənaye potensialı yüksək səviyyədə təqdirolunan səviyyəyə çatıb. 44 günlük Vətən müharibəsində Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının əhəmiyyəti önə çıxdıqdan sonra onlara maraq daha da artıb,” - deyən T.İsmayılov bildirib ki, Türkiyənin hərbi sənayesi ərəb ölkələrinin də diqqətini çəkib: “Türkiyə ilə Səudiyyə Ərəbistan arasında imzalanmsı gözlənilən 6 milyard dollarlıq saziş hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı geniş kapitala və investisya imkanlarına malik olan bir ölkədir. Belə bir ölkənin Türkiyənin hərbi sənaye məhsullarını alması Türkiyənin hərbi sənayesinin daha da inkişafına yol açacaq, həmçinin ərəb coğrafiyasında və bu coğrafiyaya yaxın bölgələrdə Türkiyənin hərbi məhsullarına ehtiyac artacaq”.
T.İsmayilov bildirib ki, Türkiyənin uğurları yalnız pilotsuz uçuş aparatları ilə məhdudlaşmır, həmçinin ağır hərbi texnikaların və ballistik raketlərin istehsalı üzərində ciddi işlər gedir. Son zamanlar Türkiyə ordusunun bölgədə terrorçulara qarşı uğurlu hərbi əməliyatlarında milli silahlar çox mühüm rol oynayıb. Politoloqun sözlərinə görə, Türkiyənin Pakistan və Azərbaycanla hərbi-müdafiə sahəsində əməkdaşlığı bir nömrəli səviyyəyə çatıb: “Bu gün Türkiyənin bir nömrəli müttəfiq olan Azərbaycan və Pakistanla hərbi sənaye sahəsində əməkdaşlığın genişlənməsi, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə bu istiqamətdə münasibətlərin möhkəmlənməsi Türkiyənin qlobal dünyada daha güclü hərbi sənaye ölkəsinə çevirəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

