Avropanın vahid ordusu olmayacaq?
18.02.2025 [09:47]
Zelenskinin təklifi Aİ ölkələri tərəfindən birmənalı qəbul edilmir
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün irəli sürdüyü təşəbbüslər rəsmi Kiyevi alternativ variantlar axtarışına sövq edib. Bu ölkənin lideri Volodimir Zelenski Avropa İttifaqının da sülh prosesində fəal iştirakına çalışır.
Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, mövcud geosiyasi vəziyyət Avropa Silahlı Qüvvələrinin yaradılmasının zəruriliyini nümayiş etdirir: “Mən Avropaya inanıram. Siz də inanmalısınız. Sizi özünüz və Avropa naminə - Avropa xalqları, xalqlarınız, evləriniz, uşaqlarınız və ümumi gələcəyimiz naminə hərəkət etməyə çağırıram”. Onun sözlərinə görə, Avropa özünü təmin etməli və öz gücünü Ukrayna ilə birləşdirməlidir. “Bir çox liderlər Avropanın öz silahlı qüvvələrinə - Avropa Ordusuna ehtiyacı olduğunu söyləyiblər. Hesab edirəm ki, bu vaxt gəlib çatıb. Avropa Silahlı Qüvvələri yaradılmalıdır”, - deyə o əlavə edib.
Polşanın XİN başçısı: Aİ vahid Avropa Ordusu yaratmayacaq
Dövlət başçısı, həmçinin NATO-nun Baş katibi Mark Rutteyə müraciət edərək belə silahlı qüvvələrin Alyansa əvəzləyici olmayacağını qeyd edib: “Söhbət Avropanın tərəfdaşlığımıza verdiyi töhfəni ABŞ-ın töhfəsinə bərabər etməkdən gedir. Sülh naminə birgə iş zamanı eyni yanaşmaya ehtiyacımız var”.
Lakin Ukrayna liderinin təklifinə cavab özünü çox gözlətməyib. Belə ki, Polşanın xarici işlər naziri Radoslav Sikorskiy bildirib ki, Avropa ölkələri vahid Avropa Ordusu yaratmayacaq. Radoslav Sikorski Avropanın, Avropa İttifaqının öz müdafiə imkanlarını inkişaf etdirməsini vacib sayıb.
Doğrudur, Avropanın vahid ordusunun yaradılması ideyası bir neçə ildir gündəmə gəlib. Hətta bu ideya Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən dəstəklənib. Hələ 2023-cü ilin iyununda Avropa Komissiyasının Prezidenti xatırladıb ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti NATO-nun üzvüdür: “Nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq”. Siyasətçi “Aİ ordusunun yaradılmasına tərəfdardırmı?” sualına belə cavab verib: “Mən bunu tam dəstəkləyirəm. Amma ən böyük çətinlik belə bir ordudan istifadə qərarı ilə bağlıdır. Bu məsələ ilə bağlı hələ də çox müzakirələr getməlidir”.
Şolts: Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı razılığa gəlməyə imkan verməyəcək
Lakin belə bir ordunun yaradılması təşəbbüsü Avropada tam dəstək almayıb, müxtəlif ölkələr bu məsələyə birmənalı yanaşmır. Məsələn, “köhnə qitə”nin əsas dövlətlərindən sayılan Almaniya təklifə ehtiyatlı yanaşmanın sərgilənməsini zəruri sayır. Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı ordusu ideyası ilə bağlı ehtiyatlı olduğunu bildirib: “Biz ilk növbədə indi qarşımızda duran məsələləri, bizdən gözlənilənləri etməliyik. İlk növbədə, silah istehsalı sahəsində Avropa əməkdaşlığını gücləndirmək lazımdır. Bundan əlavə, Avropada təhlükəsizlik yalnız transatlantik əməkdaşlıq vasitəsilə təmin edilə bilər”. O, transatlantik əməkdaşlığın və NATO-nun gücləndirilməsinin vacib olduğunu deyib.
Bununla belə Şolts deyib ki, Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı razılığa gəlməyə imkan verməyəcək. Kansler Ukrayna ilə bağlı ABŞ-Rusiya müqaviləsinin bağlanması ehtimalına qarşı çıxaraq deyib: “Biz avropalılar buna imkan verməyəcəyik”. Eyni zamanda, o, bir daha bəyan edib ki, Ukraynaya güclü ordu lazımdır. ABŞ-ın Avropanın münaqişənin həlli üçün danışıqlar masasında fiziki olaraq iştirak etməyəcəyi ilə bağlı bəyanatına reaksiya verən Şolts “bunu bizsiz etmək mümkün deyil. Əlbəttə, bizim deməyə sözümüz var”, - deyə qeyd edib. Onun sözlərinə görə, Avropanın iştirakı olmadan heç bir təhlükəsizlik zəmanəti olmayacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

