Martın 3-də Ümumdünya Vəhşi Təbiət Günü qeyd olunur
03.03.2025 [11:27]
Martın 3-də dünyada Ümumdünya Vəhşi Təbiət Günü qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu əlamətdar günü təsis edən qətnamə 2013-cü il dekabrın 20-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 68-ci sessiyasında qəbul edilib. 1973-cü il martın 3-də Vaşinqtonda Ümumdünya Təbiəti Mühafizə İttifaqının qətnaməsi ilə nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya imzalanıb və bu mühüm sənəd 1975-ci il iyulun 1-dən qüvvəyə minib.
UNESCO-nun 2025-ci ildə Ümumdünya Vəhşi Təbiət Gününün qeyd edilməsi ilə bağlı yaydığı müraciətdə deyilir: “Artıq vəhşi təbiətə qarşı cinayətlərə ciddi yanaşmağın vaxtıdır. Builki Ümumdünya Vəhşi Təbiət Gününün mövzusu Ümumdünya İrs Konvensiyasının əsas məqsədlərindən birinə uyğundur: nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin yaşadığı ərazilərin qorunması. Bu əvəzolunmaz sərvət həmişəkindən daha çox təhdid altındadır, brakonyerlik və ağacların qeyri-qanuni kəsilməsi kimi zərərli insan fəaliyyətləri ən narahatedici hallardır. Xüsusilə Afrika fillərinə və kərgədanlara təsir edən qeyri-qanuni ticarətin fonunda brakonyerlik təzyiqi artır. 2014-cü ildə bir sıra Ümumdünya İrs obyektlərində bu növlərin populyasiyalarında əhəmiyyətli itkilər, o cümlədən 2005-ci ildən bəri Selous Ov Qoruğundakı (Tanzaniya) fil populyasiyasının 80 faizdən çoxunun dramatik şəkildə azaldığı bildirilir. 2024-cü ildə brakonyerlik, qeyri-qanuni ağac kəsimi və digər vəhşi təbiət cinayətləri Ümumdünya İrs Komitəsinin 38-ci sessiyasında araşdırılan təbii obyektlərin 50 faizindən çoxu üçün açıq təhlükə təşkil edirdi”.
Müraciətdə qeyd olunur ki, Ümumdünya İrs Komitəsinin qərarında artan qeyri-qanuni ticarətlə əlaqəli brakonyerlik, xüsusən də fil, kərgədan və qiymətli ağac növlərinin alveri və mütəşəkkil cinayətkarlığın bu prosesə cəlb edilməsi səbəbindən Ümumdünya İrs obyektlərinə davamlı təsirlər ən yüksək həddə çatıb. BMT Ümumdünya İrs Konvensiyasına üzv olan 191 dövləti flora və faunaya, onların məhsullarının qeyri-qanuni ticarətinə nəzarət etmək üçün güclü beynəlxalq əməkdaşlıq və koordinasiya təmin etməyə çağırıb.
Uzun illərdir ki, CITES və UNESCO-nun Katibliyi Ümumdünya İrs Komitəsinin tam dəstəyi ilə vəhşi təbiət cinayətlərinə qarşı mübarizədə səylərini birləşdirib.
UNESCO müraciətin sonunda qeyd edir: “Qarşıdan gələn 39-cu sessiyada (Bonn, Almaniya, 28 iyun – 8 iyul 2025-ci il) Ümumdünya İrs Komitəsi vəhşi təbiət cinayətləri ilə təhlükə altında olan bir sıra təbii Ümumdünya İrs obyektlərinin mühafizə vəziyyətini yenidən araşdıracaq və bəzi ən simvolik vəhşi təbiət növlərinə ev sahibliyi edən ərazilərin qorunub saxlanmasını təmin etmək üçün müvafiq qərarlar qəbul edəcək.
Azərbaycanda flora və fauna növlərinin mühafizəsi üzrə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Onların ümumi sahəsi ölkə ərazisinin 10,3 faizini təşkil edir. İki dövlət qoruğu, dörd yasaqlıq - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqları işğaldan azad olunmuş ərazilərdədir. Hazırda faktaraşdırıcı qruplar həmin ərazilərdə yasaqlıqlara, qoruqlara, biomüxtəlifliyə dəymiş ziyanın hesablanması ilə bağlı monitorinqlər aparırlar. Növbəti dövrlərdə həmin qoruq və yasaqlıqların bərpası ilə bağlı işlər həyata keçiriləcək.
Hazırda Azərbaycanda vəhşi təbiətin mühafizəsi istiqamətində bir sıra tədbirlər görülür. Nəsli kəsilmək təhlükəsi olan növlərin bərpasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq və yerli təşkilatlarla birgə layihələr icra olunur. Nazirlik yeni layihələrlə ceyranların tarixi arealını bərpa edir. Azərbaycan ərazisində ötən əsrin ortalarına kimi ceyranların sayı çox olsa da, 1960-cı illərə qədər bu say qanunsuz ov və ekoloji mühitin təsirlərinə məruz qalaraq xeyli azalıb.
Cənubi Qafqazda 1937-ci ildə nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən zubrlar gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə təbiətə buraxılıb.
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 16:47

Elm
27 Mart 15:26

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44
