Suriyada gərginlik davam edir
11.03.2025 [09:15]
Günahkarları aşkar və mühakimə etmək üçün fövqəladə komitə yaradılıb
Son günlər Suriyada vəziyyət yenidən gərginləşib. Latakiya, Tartus və Homs əyalətlərində yeni hökumətə bağlı təhlükəsizlik qüvvələri ilə tarixə qovuşmuş Əsəd rejiminin tərəfdarları arasında silahlı toqquşmalar yaşanır. Hazırki hakimiyyət Latakiya və Tartus üzərində nəzarəti tam şəkildə bərqərar etsə də, bölgədə qarşı tərəfin hücumları davam edir. Toqquşmalarda hər iki tərəfdən 1000-ə yaxın itkilərin olduğu iddia edilir. Ölkənin müvəqqəti prezidenti Əhməd Əl-Şəraa üsyançıları silahı yerə qoymağa və təslim olmağa çağırıb.
Üsyan necə baş verib?
2024-cü ilin noyabr-dekabrında müxalif “Heyət Təhrir əş-Şam” -ın Dəməşq daxil olmaqla Suriyanın bir çox şəhərlərini nəzarətə götürdükdən sonra ölkəyə 61 il rəhbərlik edən Əsəd rejimi sona çatdı və rejimin rəhbəri Bəşər Əsəd ailəsi ilə birlikdə ölkəni tərk edərək Rusiyaya sığındı. Vaxtilə Əsəd rejiminə xidmət edən hərbçilər və silahlı qruplaşmalar isə ələvilərin çoxluq təşkil etdiyi Latakiya və Tartusa çəkildi. Son günlərdə köhnə rejimin qalıqlarının hər iki bölgədə yeni hakimiyyətə qarşı üsyana qalxacağı ilə bağlı ehtimallar günü-gündən artırdı. Türkiyənin “Hürriyət” qəzetinin məlumatına görə, üsyandan bir neçə gün öncə keçmiş Əsəd rejiminin generallarından biri olan Qiyas Süleyman Dallanın rəhbərliyi ilə “Suriyanın Azadlığı naminə Hərbi Şura”-nın əsası qoyulub. Məhz bundan sonra - martın 6-da Latakiyanın Cəbliyə bölgəsində üsyançı qruplar yeni Suriya hakimiyyətinin təhlükəsizlik qüvvələrinə hücum ediblər. Hücum nəticəsində 15 suriyalı hərbçi həlak olub. Əsədi yenidən hakimiyyətə qaytarmaqda iddialı olan Dalla Suriya hakimiyyətinin qüvvələrinin Latakiya və Tartus bölgələrindən dərhal geri çəkilməsini tələb edib. Üsyançı general hökumət başçısı Əl-Şəraa ilə dialoqa hazır olduğunu da bəyan edib.
Üsyana xarici qüvvələr dəstək verib?
Səsləndirilən bəzi iddialara görə, Əsədin tərəfdarları hazırki Dəməşq hakimiyyətini devirmək üçün “Hizbullah” və SEPAH-a bağlı proksi qüvvələrin, o cümlədən PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG silahlı qruplaşmaların dəstəyi ilə üsyana başlayıblar. Lakin “Hizbullah”ın rəhbərliyi bu iddiaları təkzib edib. PYD və Tehran bu iddialara hələ münasibət bildirməyib.
Əl-Şəraa hakimiyyəti antiterror əməliyyatlarını davam etdirir
Türkiyənin “Milliyət” qəzetinin məlumatında qeyd olunur ki, martın 6-dakı hücumdan sonra Suriya hakimiyyəti Latakiya və Tartusda silahlı üsyanın qarşısını almaq və təhlükəsizliyi bərqərar etmək üçün hər iki əraziyə tanklar, zirehli transportyorlar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar daxil olmaqla yüzlərlə maşından ibarət silahlı qüvvələr göndərib. Həm Latakiya, həm də Tartusda genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirilib. Bununla yanaşı, Suriya müdafiə nazirliyinin tabeliyində hərbi və təhlükəsizlik əməliyyatları zamanı mümkün pozuntuları araşdırmaq və günahkarları mühakimə etmək üçün fövqəladə komitə yaradılıb.
Latakiya və Tartusda gecə saatlarında başlayan komendant saatı uzadılıb. Suriyanın “SANA” dövlət agentliyinin məlumatına görə, Suriya hakimiyyətinin antiterror əməliyyatları nəticəsində bir çox üsyançı zərərsizləşdirilib, bir çoxları isə silahlarını yerə buraxaraq ərazidən qaçıb. Suriya müdafiə nazirliyinin mətbuat katibi Həsən Əbdül Qani Latakiya və Tartusda silahlı üsyana qalxmış keçmiş rejimin qalıqlarını ələ keçirmək üçün əməliyyatın daha da genişlənəcəyini bildirib. Suriyanın Baş Kəşfiyyat İdarəsinin başçısı Ener Hattap “X” sosial hesabında bəyan edib ki, yeni hakimiyyət Suriya xalqının təhlükəsizliyini təmin etmək və ölkədə vəziyyəti tam sabitləşdirməkdə qərarlıdır - eyni zamanda, o, üsyançıların silahı yerə qoyub təslim olmaqdan başqa çarəsinin olmadığını da qeyd edib.
Suriyanın rəhbəri Əhməd Əl-Şəraa da üsyançıları təslim olmağa çağırıb - o, Suriya xalqının birliyinin qorunmasının vacibliyini vurğulayıb: “Biz sizin dağıtdığınız bu ölkəni yenidən qurmaq istəyən xalqıq və heç kimin qanını tökmək fikrimiz yoxdur. Çox gec olmadan silahlarınızı yerə qoyun,” - deyə Əl-Şəraa vurğulayıb.
Üsyançılar rus bazasına sığınıb
Suriya İnsan Hüquqları Müşahidə Qrupunun məlumatına görə, yüzlərcə üsyançı və onların ailələri Rusiyanın Latakiyadakı Hmeymim aviabazasına sığınıb. Bazada ailələrin sayısı artmaqdadır. Onların Rusiyaya aparılacağı iddia olunur.
Türkiyə, İran və Rusiyadan reaksiya
Baş verənlərdən narahat olduğunu bildirən Rusiya XİN rəhbərliyi Suriyada keçid dövründə etnik və dini mənşəyindən asılı olmayaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə və milli birliyin qorunmasına çağırıb. Tehran isə Suriyada bütün etnik və dini qrupların dinc yaşamasının zəruriliyini vurğulayıb.
Türkiyə Suriyada xalqın sülh və rifah içərisində yaşamaq hüququnu hədəfə alan hər cür hərəkətə qarşı olduğunu, hazırki hadisələrin Suriyanın və regionun təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib. Hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik Adana şəhərində təşkil olunan mətbuat konfransında Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən hücumların qəbuledilməz olduğunu bildirib: “Biz Latakiyada Suriyanın təhlükəsizlik qüvvələrinə qarşı son hücumu Suriyada sülh, sabitlik və təhlükəsizliyə qarşı edilən terror hücumu kimi qiymətləndiririk. Biz Suriyanın milli birliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

