İngiltərədə su çirklənməsi son 10 ilin ən yüksək səviyyəsinə çatıb
16.04.2025 [23:32]
İngiltərədə su şirkətləri tərəfindən qeydə alınan çirklənmə halları son on ilin ən yüksək səviyyəsinə çatıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə ekoloji fəallar “Surfers Against Sewage” təşkilatının əldə etdiyi məlumatlara istinadla bildiriblər.
Təşkilatın Ətraf Mühitin Mühafizəsi Agentliyindən (Environment Agency) əldə etdiyi məlumata görə, çirklənmə hallarının sayı agentliyin müəyyən etdiyi hədəfdən iki dəfə çoxdur. Belə halların ölkənin çay və dənizlərindən istifadə edən insanlar üçün sağlamlıq riski yaratdığı, eləcə də vəhşi təbiətə ciddi ziyan vurduğu qeyd olunur.
Ətraf Mühitin Mühafizəsi Agentliyi yalnız kanalizasiya tullantılarının illik sayını deyil, həm də insanlara və təbiətə ciddi ziyan vura biləcək çirklənmə hadisələrinin sayını qeydə alır. Agentlik hələ 8 il əvvəl su sektorunun bu cür halların azaldılması üçün kifayət qədər iş görmədiyini bəyan etmişdi və bunun yerli icmalar üçün narahatlıq yaratdığını, çaylar və çimərliklər üçün isə mənfi təsir doğurduğunu vurğulamışdı.
Sektor qarşısında 2025-ci ilə qədər 2016-cı illə müqayisədə bu cür hadisələri 40 faiz azaltmaq hədəfi qoyulmuşdu. Hazırda ictimaiyyətə açıq olan ən son məlumatlar 2023-cü ilin sonunadək olan dövrü əhatə edir. Lakin “Surfers Against Sewage” təşkilatı məlumat azadlığı (Freedom of Information) müraciəti ilə 2025-ci ilin əvvəlinədək olan göstəriciləri də əldə edib. Əldə olunan məlumata əsasən, ötən il ümumilikdə 2,487 çirklənmə hadisəsi qeydə alınıb. Bu, 2016-cı illə müqayisədə 31 faiz artım deməkdir və Ətraf Mühitin Mühafizəsi Agentliyinin ilkin hədəfindən demək olar ki, iki dəfə çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

