İlon Mask tərəfdaşları ilə birlikdə raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verəcək
19.04.2025 [15:26]
SpaceX şirkətinin rəhbəri İlon Mask orbitə 1000-ə qədər raket əleyhinə müdafiə (RƏM) peyki çıxarmağı təklif edir. Layihənin ən qeyri-adi tərəfi ondan ibarətdir ki, peyklərdən ibarət bu qrup, o cümlədən raketləri tutmaq üçün nəzərdə tutulan peyklər hökumətə abunəlik əsasında xidmət göstərəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Maskın bu qərarı ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldiyi dövrdə verdiyi bəyanatla bağlıdır. Tramp bildirib ki, raket zərbələri ölkə üçün ən ciddi təhlükədir və bunun qarşısını almaq üçün ABŞ ərazisi tamamilə “Qızıl günbəz”lə, yəni, İsrailin raket əleyhinə müdafiə sisteminə bənzər müdafiə qalxanı ilə əhatə olunmalıdır. Müdafiə sənayesi kompleksi şirkətləri arasında elan edilən müsabiqədə qalibin çox güman ki, “SpaceX”, “Anduril” və “Palantir” şirkətlərindən ibarət birgə komandanın olacağı gözlənilir.
İlon Maska məxsus “SpaceX”, proqram təminatı hazırlayan “Palantir” və pilotsuz uçuş aparatları istehsalçısı olan “Anduril” startapları 180-dən çox rəqib arasında “Qızıl günbəz” layihəsinin tenderinin əsas favoritləridir.
Bu üç şirkətin nümayəndələri yaxın həftələrdə Tramp administrasiyası və Pentaqon rəsmiləri ilə görüşərək öz təkliflərini təqdim edəcəklər. Bu təkliflərdən biri raket buraxılışlarını və onların uçuş trayektoriyalarını izləyəcək 400-dən 1000-dək hərbi peykin orbitdə yerləşdirilməsidir.
Bundan əlavə, 200 zərbə peykindən ibarət ayrıca donanmanın yaradılması da planlaşdırılır. Bu peyklər raket və ya lazerlərlə təchiz olunaraq düşmən raketlərini məhv etməyə imkan verəcək. Peyklərin silahlarla təchiz edilməsi ilə xüsusi qurumlar məşğul olacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25

