Avropa Komissiyası “TikTok”u rəqəmsal reklam qaydalarını pozmaqda ittiham edir
15.05.2025 [23:14]
Avropa Komissiyası sosial media platforması “TikTok”un Avropa İttifaqının rəqəmsal reklam qaydalarını pozduğunu bəyan edib.
AZƏRTAC Almaniyanın “Welt” televiziyasına istinadla xəbər verir ki, Komissiyanın açıqlamasında “TikTok”un Aİ qanunvericiliyinin tələblərinə zidd olaraq istifadəçilərə təqdim olunan reklamlarla bağlı şəffaflıq prinsiplərinə əməl etmədiyi bildirilib. Həmçinin qeyd olunub ki, şirkət indiyədək reklam elanlarına dair kifayət qədər ətraflı və funksional məlumat bazası təqdim etməyib. Məlumatların məhdudluğu səbəbindən hansı reklamın kim tərəfindən maliyyələşdirildiyi və hansı istifadəçi qruplarının hədəf alındığı qeyri-müəyyən qalır.
Avropa Komissiyası, həmçinin “TikTok”un reklam arxivindəki axtarış sisteminin zəif olduğunu və bu səbəbdən alətin ictimai və elmi dəyərinin azaldığını vurğulayıb. Rəqəmsal məsələlər üzrə komissar Henna Virkkunen bildirib ki, vətəndaşların sosial mediada qarşılaşdıqları mesajların arxasında kimin dayandığını bilməsi onların fundamental hüququdur. Komissiya hesab edir ki, funksional reklam bazası saxta və manipulyativ məzmunun aşkara çıxarılması, o cümlədən seçkilər dövründə dezinformasiyanın qarşısının alınması baxımından həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, Avropa Komissiyası “TikTok”a qarşı ötən il Rumıniyada keçirilən prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması, eləcə də azyaşlıların platformada zorakı və asılılıq yaradan məzmunlardan qorunması ilə bağlı paralel araşdırmalar aparır. Bu ittihamlar təsdiqini taparsa, “TikTok”a qarşı ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

