Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə ilk yük qatarı yola salınıb
17.07.2025 [23:14]
Çərşənbə günü, iyulun 17-də Çin-Qırğızıstan-Özbəkistan multimodal beynəlxalq yükdaşıma marşrutu üzrə dəmir yolu və avtomobil nəqliyyatı ilə qarışıq yükdaşıma formatında fəaliyyət göstərən əyalətdə ilk qatar Hubey əyalətinin (mərkəzi Çin) Vuhan şəhərindəki stansiyadan yola salınıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ərzaq və digər mallarla yüklənmiş qatarın Sincan-Uyğur Muxtar Bölgəsində (Çin şimal-qərbində) Kaşğara çatması, burada konteynerlərin yük maşınlarına daşınaraq İrkeştan keçid məntəqəsindən keçməklə Çindən çıxması, daha sonra isə Özbəkistanın paytaxtı Daşkəndə çatdırılması gözlənilir.
Son illərdə Hubey əyaləti ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi tədricən artıb. 2021-ci ildə Çin Dəmir Yolları Korporasiyasının Yuhan filialı Yuhan-Almatı marşrutu üzrə ilk yük qatarını yola salıb. Bu ilin aprel ayında Yuhandan Mərkəzi Asiyaya yük qatarları aylıq 440-a qədər standart konteyner-TEU, iyirmi fut ekvivalent vahid və 7500 tondan çox yükdaşıma qabiliyyətini təmin edən müntəzəm marşrutlara daxil edilib.
Beynəlxalq nəqliyyat və logistika şirkəti “Hubei Railway Corporation”ın rəsmisi Çjan Linin sözlərinə görə, yeni logistika sxemi sayəsində əyalətin məhsulları Mərkəzi Asiya ölkələrindəki müştərilərə daha tez çata biləcək. Yeni logistika sxemi daşıma və sığorta xərclərini 30 faiz, yüklərin çatdırılması müddətini isə təxminən 20 gündən 10 günə qədər azaldacaq.
Çin rəsmiləri bildirirlər ki, yeni yükdaşıma marşrutunun işə salınması nəqliyyat prosedurlarının optimallaşdırılması, logistika şəbəkəsinin genişləndirilməsi və yüksəksəmərəli beynəlxalq logistika dəhlizlərinin yaradılması üçün maraqlı tərəflərlə gələcək birgə iş üçün əlverişli imkan olacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

