Alimlər ilk dəfə qoz qabığından su-elektrik generatoru hazırlayıblar
30.08.2025 [16:14]
Alimlər ilk dəfə qoz qabığından hazırlanmış və su ilə üzvi materialın qarşılıqlı təsirindən elektrik enerjisi istehsal edə bilən su-elektrik generatoru layihələndiriblər.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Energy & Environmental Materials” jurnalında dərc olunub.
Tədqiqatçılar badam, fındıq, pekan və qoz qabıqlarını istifadə ediblər. Bu qabıqlar mikrokanallar və hidrofilik qruplarla zəngindir. Su ilə təmasda olarkən bu mikrokanallar hidrovoltaj effekti yaradır və bu, buxarlanma və kapilyar qüvvələrin təsiri ilə ionların hərəkətinə səbəb olur. Nəticədə elektrik cərəyanı yaranır. Qoz qabığından hazırlanmış cihaz sabit 600 mV-dan yüksək gərginlik və 5,9 μVt/sm²-dən çox güc sıxlığı nümayiş etdirib və bir həftə boyunca işləyib.
Xüsusi işlənmə prosesindən sonra elektrik gücü artıb və gərginlik 1,21 V-a çatıb, maksimum cərəyan sıxlığı isə 347,2 μA/sm²-ə yüksəlib. Bu da əksər üzvi və qeyri-üzvi analoqlardan yüksəkdir. İki belə cihaz birləşdirildikdə əlavə elektrik enerji çeviriciləri olmadan LCD kalkulyatoru işlədə bilib.
Müəlliflərin sözlərinə görə, bu texnologiya göstərir ki, adi qoz qabığı kimi bir çox kənd təsərrüfatı tullantıları kiçik elektron cihazların enerji təminatını üçün əlçatan edə və ekoloji təmiz enerji mənbəyinə çevrilə bilər. Gələcəkdə bu generatorlar rütubət, yağış suyu və hətta dəniz suyundan istifadə edərək davamlı energetika sahəsində yeni imkanlar aça biləcək.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35

