/ / Almaniyada xaricdə qazanılmış və ölkə daxilində tanınmış peşə ixtisaslarının statistikası açıqlanıb
Almaniyada xaricdə qazanılmış və ölkə daxilində tanınmış peşə ixtisaslarının statistikası açıqlanıb
04.09.2025 [23:15]
Almaniyada xaricdə qazanılmış və ölkə daxilində tanınmış peşə ixtisaslarının sayı 2024-cü ildə də artmaqda davam edib. Ötən il 79,1 min belə müraciət müsbət cavablandırılıb. Bu, 2023-cü illə müqayisədə 21 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.
Qeyd edək ki, 2016-cı ildən etibarən həm federal, həm də əyalət qanunvericiliyi çərçivəsində həyata keçirilən tanınma prosedurlarının birgə qeydiyyatı aparıldıqdan sonra müraciətlərin sayı üç dəfədən çox artıb. Xaricdə əldə olunmuş peşə ixtisaslarının tanınması üçün müraciətlərin ümumi sayı 2024-cü ildə rekord həddə - 95 min 500-ə çatıb. Bu müraciətlərdən 81 min 900-ü üzrə qərar qəbul edilib. Həmin qərarların 97 faizi müsbət, yalnız 3 faizi mənfi olub. Müraciətlərin 71 mini 2024-cü ildə təqdim edilmiş yeni ərizələrə aid olub.
Müsbət qərar verilmiş müraciətlərin 87 faizi Avropa iqtisadi bölgəsinə aid olmayan ölkələrdə əldə edilmiş peşə ixtisaslarına aiddir. İxtisaslı mütəxəssislərin miqrasiyasını asanlaşdıran qanun çərçivəsində 4900 peşə ixtisası sürətləndirilmiş prosedurla tanınıb. Müsbət cavab alan müraciətlərin 59 faizi qadınlar, 41 faizi isə kişilər tərəfindən təqdim olunub. Tanınmış ixtisasların 83 faizi federal qanunvericilik, 17 faizi isə əyalət qanunvericiliyi çərçivəsində tənzimlənib.
Ötən il ən çox Türkiyədə əldə olunmuş peşə ixtisasları tanınıb. Bu ölkə üzrə müsbət qərar verilən müraciətlərin sayı 9200 olub. Sonrakı yerlərdə Ukrayna (6400), Tunis (5300), Hindistan (4900) və Suriya (4300) qərarlaşıb.
Ən çox tanınan 5 ixtisas ötən illə müqayisədə dəyişməyib. Müsbət cavablandırılan müraciətlərin 41 faizi (32,5 min) tibb bacısı-qardaşı olub. İkinci yerdə 11 min ilə həkim, üçüncü yerdə isə 4400 tanınma ilə mühəndis ixtisasları gəlir. Sonrakı yerlərdə müəllim (2800), fizioterapevt (2200), tərbiyəçi (2100) ixtisasları yer alır.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

