Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ATƏT-in Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək

ATƏT-in Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək

14.10.2025 [15:04]

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışlayıb və bu prosesin 2025-ci ilin dekabr ayınadək yekunlaşacağına ümidvar olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Elina Valtonen bu barədə oktyabrın 14-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Bakı və İrəvanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq. Ümid edirik ki, bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvini tələb etmiş, Ermənistan isə buna razılıq vermişdi.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

MEDİA

YAP xəbərləri

Xəbər lenti

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Siyasət

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31