Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada məhkəmə suriyalıların ölkələrinə deportasiyasının mümkünlüyü barədə qərar qəbul edib

Almaniyada məhkəmə suriyalıların ölkələrinə deportasiyasının mümkünlüyü barədə qərar qəbul edib

06.11.2025 [15:32]

Almaniyada Düsseldorf İnzibati Məhkəməsi iki fərqli iş üzrə qəbul etdiyi qərarlarda suriyalıların öz vətənlərinə geri göndərilməsinin mümkünlüyü barədə hökm çıxarıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, həmin şəxslərin doğulduğu bölgələrdə - Dəməşq və Lazkiya əyalətlərində özbaşınalıq və zorakılığın səviyyəsinin onların həyatı və təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq səviyyədə olmadığı, eləcə də aclıq, səfalət və ya ümumi sosial çətinliklərlə üzləşməsinin gözlənilmədiyi bildirilib.

Bu qərarlar Almaniyada sığınacaq siyasəti ilə bağlı yeni mərhələyə keçidin əlaməti kimi qiymətləndirilir. İndiyədək Suriya hökuməti ilə diplomatik əlaqələrin məhdudluğu səbəbindən deportasiyalar faktiki olaraq həyata keçirilə bilmirdi. Lakin bu qərarlar gələcəkdə Suriyaya deportasiyaların yenidən başlanması üçün hüquqi presedent yarada bilər.

Qeyd edək ki, avqustun sonuna olan məlumata əsasən, Almaniyada 951 min 400 suriyalı var. Onlardan 920-sinin ölkəni tərk etməsi barədə qərarlar var və həmin şəxslərin müvəqqəti qalma icazəsi yoxdur. Ona görə də onlar istənilən vaxt birbaşa deportasiya oluna bilər. İndiyədək təxminən 2 min suriyalı ölkələrinə könüllü şəkildə geri qayıdıb.

Paylaş:
Baxılıb: 278 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31