Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

16.11.2025 [10:36]

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, bəzi bölgələrdə leysan nəticəsində daşqınlar olub. Genuyada sürüşmə və daşqın nəticəsində istinad divarı avtomobillərin üzərinə çöküb. Fegino çayının daşması küçələri, meydanları və yeraltı keçidləri su basmasına səbəb olub. Piani di Praqliya təpəsində isə 5 nəfərlik qrup itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Əlverişsiz hava şəraitinə Liquriya və Emiliya-Romanya regionlarında narıncı, dörd bölgədə isə sarı xəbərdarlıq elan edilib.

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Şuşada mühüm iclas

09 Dekabr 11:35

İqtisadiyyat

Mədəniyyət

Ədəbiyyat

Analitik

Analitik

Dekabrın 25-dək...

09 Dekabr 09:15

Sosial

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31