Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində tuneldə partlayış: 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Çində tuneldə partlayış: 4 nəfər ölüb, 9 nəfər yaralanıb

31.03.2026 [11:19]

Çinin cənub-qərbindəki Çonçin bələdiyyəsində tikilməkdə olan magistral tuneldə baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanları hadisənin martın 30-da saat 15:10 radələrində Hubey və Siçuan əyalətlərini birləşdirən magistral yolda tikinti sahəsində baş verdiyini açıqlayıb. Əvvəlcə bir nəfərin itkin düşdüyü, 12 nəfərin isə yaralandığı bildirilib. Martın 31-də səhər saatlarında xilasedicilər itkin düşmüş şəxsin meyitini tapıblar. Yaralılardan üçü isə tibbi yardım alsa da, dünyasını dəyişib.

Polis partlayışın tezalışan qazdan qaynaqlandığı ehtimal edir. Hazırda araşdırma aparılır.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31