BMT İnkişaf Proqramı ərəb regionunda iqtisadi risklər barədə
31.03.2026 [18:06]
Yaxın Şərqdə münaqişənin davam edən eskalasiyası ərəb ölkələrində sosial-iqtisadi inkişafın əhəmiyyətli dərəcədə geriləməsinə səbəb ola bilər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının Əmmanda təqdim olunan məruzəsində bildirilir.
İlkin qiymətləndirmələrə görə, region ümumi daxili məhsulun 3,7–6 faizini itirmək riski ilə üz-üzədir ki, bu da 120–194 milyard dollara bərabərdir. Qeyd olunan itkilər ərəb ölkələrinin 2025-ci ildə əldə etdiyi ümumi iqtisadi artımını üstələyir.
Məruzəyə əsasən, regionda işsizlik səviyyəsi 4 faiz bəndi arta bilər ki, bu da təxminən 3,6 milyon iş yerinin itirilməsi ilə nəticələnəcək. Eyni zamanda, 4 milyona qədər insanın yoxsulluq həddindən aşağı düşməsi riski var.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, hətta qısamüddətli münaqişələr belə uzunmüddətli və genişmiqyaslı sosial-iqtisadi baxımdan mənfi nəticələrə səbəb ola bilər.
Ən böyük makroiqtisadi itkilərin Körfəz ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrdə qeydə alınacağı proqnozlaşdırılır. Bu subregionda iqtisadiyyatların ticarət və enerji bazarlarından yüksək asılılığı səbəbindən ÜDM-in 5,2–8,7 faiz azalacağı gözlənilir.
Yoxsulluq səviyyəsində ən böyük artım (5 faizə qədər) Şərqi Aralıq dənizi ölkələrində gözlənilir. Bu bölgədə əlavə olaraq 2,85–3,3 milyon insanın dolanışıq vasitələrini itirməsi mümkündür ki, bu da region üzrə yoxsulluğun ümumi artımının 75 faizindən çoxunu təşkil edir.
Ən az inkişaf etmiş ərəb ölkələrində də münaqişənin təsirləri əhəmiyyətli dərəcədə olacaq, çünki onların iqtisadi dayanıqlığı zəifdir. Şimali Afrikada isə mənfi təsirin nisbətən mülayim olacağı gözlənilir.
BMT İnkişaf Proqramının ərəb dövlətləri üzrə regional bürosunun direktoru Abdallah Al-Dardari regionda inkişaf strategiyalarına yenidən baxılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası, logistikanın inkişafı və tərəfdaşlıqların genişləndirilməsi ölkələrin xarici şoklara qarşı həssaslığını azalda bilər.
Bundan başqa, BMT İnkişaf Proqramı proqnozlaşdırır ki, ərəb regionunda insan inkişafı indeksi 0,2–0,4 faiz azalacaq və bu, yarım il və ya bir il geriləməyə uyğun gəlir. Körfəz ölkələrində isə bu göstərici daha ciddi şəkildə, yəni, iki ilə qədər inkişaf geriləməsi ilə pisləşə bilər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

