Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ağ Ev Venesuela prezidenti vəzifəsinin icraçısı Rodrigesin adını sanksiya siyahısından çıxarıb

Ağ Ev Venesuela prezidenti vəzifəsinin icraçısı Rodrigesin adını sanksiya siyahısından çıxarıb

02.04.2026 [20:13]

ABŞ hakimiyyəti Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigesi Maliyyə Nazirliyinin sanksiya siyahısından çıxarıb.

AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, Ağ Ev bu qərarı ikitərəfli münasibətlərdə irəliləyişin əlaməti kimi qiymətləndirib.

“Prezident Donald Trampın dediyi kimi, Rodriges əla iş görür və ABŞ ilə əməkdaşlıq edir”, - deyə mətbuat katibi Anna Kelli bildirib.

Onun fikrincə, bu addım Venesuelada sabitlik və iqtisadi dirçəliş sahəsində uğurları əks etdirir.

Daha əvvəl Tramp ABŞ-ın yeni Venesuela hakimiyyəti ilə münasibətləri yüksək qiymətləndirib. O, Ağ Ev administrasiyasının Rodriges və onun nümayəndələri ilə yaxşı anlaşdığını vurğulayaraq əlavə edib ki, dövlət katibi Marko Rubio Karakasla əlaqələri yoluna qoymaq üçün fantastik iş görür.

Paylaş:
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30