Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ, İran və vasitəçilər 45 günlük atəşkəs barədə müzakirələr aparırlar

ABŞ, İran və vasitəçilər 45 günlük atəşkəs barədə müzakirələr aparırlar

06.04.2026 [09:40]

ABŞ və İran 45 günlük atəşkəs imkanlarını müzakirə edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edir. Mənbələr “növbəti 48 saat ərzində razılığa gəlmək ehtimalının az olduğunu” bildirsələr də, bunun İranın mülki infrastrukturuna kütləvi zərbələr və Körfəz ölkələrində enerji və su obyektlərinə cavab hücumları ilə müşayiət oluna biləcək ciddi eskalasiyanın qarşısını almaq üçün vacib addım ola biləcəyini qeyd edirlər.

Portalın məlumatına görə, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər tərəflərin etimad yaradan addımlar atacağına ümid edirlər. Onlar, həmçinin Tehranın Hörmüz boğazını açması və nüvə proqramı ilə bağlı müəyyən addımlar atmasını gözləyirlər.

“Axios” yazır ki, vasitəçilər, eyni zamanda Donald Tramp administrasiyasının atəşkəsin davamlı olacağına və münaqişənin yenidən başlamayacağına dair hansı təminatları verə biləcəyini də müzakirə edirlər.

Daha əvvəl Donald Tramp “Axios”a müsahibəsində aprelin 7-dək İranla razılaşma əldə etmək şansının yüksək olduğunu bildirmişdi. O, həmçinin “Truth” sosial platformasında İranın aprelin 6-dək Hörmüz boğazını açmayacağı təqdirdə, enerji və mülki infrastruktur obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31