Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ hərbi dəniz qüvvələri nazirinin istefasının səbəbi məlum olub

ABŞ hərbi dəniz qüvvələri nazirinin istefasının səbəbi məlum olub

23.04.2026 [21:16]

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefaya göndərilən naziri Con Felanın Pentaqon rəhbəri Pit Heqsetlə münasibətləri gərgin olub. AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə mənbəyinə istinadla məlumat yayıb. Portalın həmsöhbətinin sözlərinə görə, Con Felan Birləşmiş Ştatların Prezidenti Donald Trampla yaxşı münasibətdə olduğu üçün Pit Heqset onun ABŞ liderinə birbaşa çıxışından sui-istifadə edərək komandanlıq zəncirini pozduğunu düşünüb. Eyni zamanda, “The New York Times” qəzeti də Con Felanla Pit Heqset arasında qarşıdurma barədə yazıb. Nəşrin məlumatına əsasən, onlar Hərbi Dəniz Qüvvələrində və Dəniz Piyadaları Korpusunda kadr təyinatları ilə bağlı fikir ayrılıqlarına düşüblər. Con Felan 2025-ci ildə heç bir hərbi təcrübəsi olmadan vəzifəyə təyin olunub. O, Donald Trampın seçki kampaniyası üçün ianə kampaniyasında fəal iştirak edib. Respublikaçılar Partiyasının ən böyük donorlarından biri kimi seçkilərdə Trampı dəstəkləmək üçün 1,8 milyon dollardan çox ianə edib. Qeyd edək ki, Pentaqon Con Felanın istefaya göndərildiyini aprelin 23-də gecə saatlarında açıqlayıb.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31