Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Belçikada etiraz aksiyasında Avropa İttifaqının bayrağı yandırılıb

Belçikada etiraz aksiyasında Avropa İttifaqının bayrağı yandırılıb

03.04.2015 [09:52]

“Euronews” xəbər verir ki, ciddi iqtisadi böhranla qarşı-qarşıya olan Avropada etiraz aksiyaları, nümayişlər və tətillər davam edir. Avropa İttifaqının nümayəndələri isə çarəsizliklərini etiraf edərək vəziyyətin daha da pisləşəcəyi ilə bağlı proqnozlar verməkdədirlər. Müxtəlif sahələrdə çalışan şəxslər hüquqlarının pozulduğunu iddia edərək kütləvi aksiyalar təşkil edirlər.
Mənbə qeyd edir ki, Avropa İttifaqının 16 ölkəsindən olan yüzlərlə fermer Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar kvotaların ləğvi ilə bağlı Avropa İttifaqının qərarının qüvvəyə minməsinə qarşı çıxıblar. Aksiya iştirakçıları kənd təsərrüfatı texnikalarını parlamentin qarşısındakı meydana çıxararaq binanın önündə Avropa İttifaqının bayrağını yandırıblar.
Avropa Parlamentinin üzvü Joze Bove isə kvotaların ləğvinin ölkədə süd və süd məhsullarının qiymətini ucuzlaşdıracağını deyib: “Xırda fermalar olmasa, Avropada iri süd təsərrüfatları meydana gələcək. Onlar da, sadəcə olaraq, sənayeni xammalla təchiz edəcək”.
“Euronews”a açıqlama verən bir sıra ekspertlər isə kompleks problemlərin həlli üçün yetərli icra mexanizminin formalaşdırılmadığını deyiblər. Onların qənaətincə, Avropa İttifaqı hələ ki, problemləri seyr etməklə məşğuldur. Görülən tədbirlər isə vəziyyətin gərginləşməsinə xidmət edir.

Paylaş:
Baxılıb: 1245 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31