Ermənistanda “konstitusiya dəyişikliyi”, yoxsa Sarkisyanın yeni hiyləsi?
27.08.2015 [09:47]
İşğalçı ölkədəki hakim rejimin son addımları Venesiya Komissiyası tərəfindən etirazla qarşılanıb
Ermənistanda hökm sürən ictimai-siyasi gərginlik Sarkisyan rejimini yeni hiylələrə baş vurmaq məcburiyyətində qoyub. Hər halda işğalçı ölkədəki hakim komandanın ortaya atdığı “konstitusiya dəyişikliyi” ideyası belə deməyə əsas verir. Məlumatlara görə, “yeni konstitusiya” özündə ciddi çatışmazlıqları əks etdirir. Bu isə hazırda Ermənistanda rəhbərlikdə olan korrupsioner hakimiyyətin “konstitusiya islahatları” adı altında öz ömrünü uzatmağa çalışdığına işarə edir.
“Yeni konstitusiya”dakı çatışmazlıqlara keçməzdən öncə bildirək ki, Ermənistan prezidenti Serj Sarkisyan avqustun 24-ü “Hüquq vasitəsilə demokratiya naminə” Avropa Komissiyasının (Venesiya Komissiyası) nümayəndələrini qəbul edib. Dünən isə Venesiya Komissiyasının üzvləri Ermənistan prezidenti yanında konstitusiya islahatları üzrə dövlət komissiyasının üzvləri ilə görüşüblər. Bu barədə yayılan məlumatda Avropa Komissiyasının kəskin tənqidləri ilə üzləşən erməni tərəfinin görüşdən əsəbi ayrıldıqları bidirilib. Lakin bütün tənqidlərə baxmayaraq, Ermənistan prezidenti Serj Sarkisyan yeni konstitusiya layihəsini müzakirə olunması üçün Ermənistan parlamentinə təqdim edib.
“Yeni konstitusiya”da nələrin öz əksini tapmasına gəlincə, öncə onu bildirək ki, Sarkisyan rejiminin təklifləri qəbul olunsa Ermənistan parlamentli respublikaya çevriləcək. Bundan başqa, əsas qanuna ediləcək dəyişikliklər və yeni konstitusiya referendumla deyil, parlamentdəki deputatların 2/3 səs çoxluğu ilə qəbul olunacaq. Yəni, görünən odur ki, “demokratik konstitusiya” sadə ermənilərlə məsləhətləşmədən, onların rəyi nəzərə alınmadan qəbul olunacaq. “Yeni konstitusiya”ya görə, Ermənistan prezidenti 7 il müddətinə bir dəfə seçiləcək. Lakin bu seçkilər xalq tərəfindən deyil, parlament deputatları və eyni sayda yerli idarəçilik orqanlarının nümayəndələri tərəfindən həyata keçiriləcək. Daha dəqiq desək, yeni prezidenti deputatlar və yerli özünüidarə orqanlarının nümayəndələri parlamentin iclas zalında açıq səsvermə ilə seçəcəklər. Prezidentliyə namizəd prezident olmaq üçün bütün deputat və yerli özünüidarə orqanlarının nümayəndələrindən təşkil olunmuş seçicilərin səslərinin 3/5 hissəsini toplamalıdır. Əgər ilk turda prezidentliyə namizədlərin heç biri bu qədər səsi toplaya bilməsə, bütün namizədlər ikinci turda yarışacaqlar. Lakin bu dəfə prezident olmaq üçün namizədə 1/2 səs çoxluğuna nail olmaq tələbi qoyulacaq. İkinci turda qalibi müəyyənləşdirmək mümkün olmasa bu turda iki ən çox səs toplamış namizəd üçüncü turda mübarizə aparacaq. Üçüncü turda isə ən çox səs toplamış iki namizəddən biri prezident seçiləcək.
Digər bir gülməli cəhət ondadır ki, parlamentli respublikada prezidentin irəli sürdüyü namizəd parlament tərəfindən rədd edilərsə, parlament cəzalandırılacaq. Belə ki, yeni konstitusiyaya görə, prezident öz təşəbbüsü ilə baş nazir postun namizədi irəli sürə bilər. Lakin parlamentin razılığını ala bilməyən prezident parlamenti buraxmaq hüququna malikdir. Həmçinin, “yeni konstitusiya”ya görə, parlament proporsional əsaslarla seçilən 101 deputatdan ibarət olacaq. Hazırda isə Ermənistan parlamenti 131 deputatdan ibarətdir ki, bunlar da majoritar əsaslarla seçiliblər. “Yeni konstitusiya”nın ən biabırçı tərəfi isə hökumət qurulması ilə bağlıdır. Belə ki, əgər parlament seçkilərində heç bir partiya hökumət qura biləcək qədər mandat əldə edə bilməsə, bu zaman ən çox səs toplamış iki partiya ikinci turda güclərini sınayacaqlar. Beləliklə, çoxpartiyalı koalision hökumət qurulması məhdudlaşdırılıb. Göründüyü kimi, dəyişiklik qüvvəyə mindikdən sonra kiçik partiyaların tərəfdarları məcburən güclü partiyalara səs verməlidirlər. Beləliklə, siyasi azadlığın məhdudlaşdırılması açıq-aydın sezilir.
Yeri gəlmişkən, kiçik partiyalara yer ayrılmaması hətta Venesiya Komissiyasının da diqqətindən qaçmayıb. “Novosti Armeniya”nın verdiyi məlumata görə, Venesiya Komissiyası yeni layihəni tənqid edərək, xüsusilə 2 turlu seçkilərin ləğv edilməsini tələb edib. Venesiya Komissiyası, həmçinin, tələb edib ki, bir çağırış ərzində parlamentdə fraksiya yaratma barədə qadağa ləğv edilməlidir.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

