Ermənistan vətəndaşları konstitusiya dəyişikliklərinə qarşı etiraz aksiyaları keçirirlər
06.10.2015 [10:05]
Ekspertlər isə hesab edirlər ki, “konstitusiya islahatları” cinayətkar rejimin ömrünü uzatmağa xidmət edir
Məlum olduğu kimi, Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin belə bir acınacaqlı duruma düşməsi isə, ilk növbədə, onun işğalçılıq siyasəti ilə bağlıdır. Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlaması Ermənistanın iqtisadiyyatını tamamilə tənəzzülə uğradıb. İqtisadi tənəzzül isə əhalinin sosial durumunun ağırlaşmasında birbaşa rol oynayır. Bu da işğalçı ölkə əhalisinin səbrini daşırmaqdadır. Məhz bu səbəbdəndir ki, Ermənistanda vətəndaşlar kütləvi etiraz aksiyalarına başlayıblar. Paytaxt Yerevanda və digər bölgələrdə etiraz aksiyalarının böyük vüsət alması bu reallığı bir daha təsdiqləyir.
Erməni ekspertlər isə siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edirlər. Qeyd edilir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Hazırda isə Ermənistan hakimiyyəti konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirməyə hazırlaşır. Ölkədə bu dəyişikliklər ciddi etirazla qarşılanır. Gümrüdə konstitusiya islahatlarına qarşı keçirilən etiraz aksiyası işğalçı ölkədə ciddi rezonans yaradıb.
Hərəkatın növbəti mitinqi oktyabrın 2-də paytaxt Yerevanın “Azadlıq” meydanında keçirilib. Vətəndaş cəmiyyəti və müxalifətdə olan siyasi partiyaların nümayəndələri aksiyada çıxış edərkən hakimiyyətin konstitusiyada düzəliş etmək planını kəskin tənqid edib və əhalini ona “yox” deməyə çağırıblar. Deputat Zauri Postancyan hər kəsi konstitusiya islahatlarına qarşı çıxmağa və Serj Sarkisyan hökumətinin istefasını tələb etməyə səsləyib. “Ermənistan Milli Konqresi” partiyasının sədri Levon Ter-Petrosyan isə sözügedən islahatların dəyişiklik deyil, dövlətçiliyə zidd olan yeni konstitusiya olduğunu bildirib. “İrs “partiyasının sədr müavini Armen Martirosyan, “Erməni Milli Konqresi”nin parlamentdəki deputatı Aram Manukyan və digər çıxış edənlər bir daha bildiriblər ki, mövcud rejim bu dəyişiklikləri öz hakimiyyəti naminə edir. Erməni politoloqları da yeni konstitusiyanın qəbulu ilə ölkədə insan hüquqlarının məhdudlaşacağını deyirlər.
Onu da bildirək ki, Avropada geniş oxucu kütləsinə malik “Eureporter” jurnalında isə işğalçı ölkədə insan hüquqlarının pozulması halları tənqid olunub. Jurnal yazır ki, Ermənistanda bütün sahələrdə yaşanan böhran kütləvi narazılıqları artırıb: “Artıq 4-cü aydır ki, paytaxt Yerevanda hər gün etiraz aksiyası keçirilir. Nümayişlərin dalğası getdikcə genişlənir. Hökumət mitinqləri zor gücünə dağıtmağa çalışsa da, fəallar və siyasi qüvvələr geri çəkilmirlər. Etirazçılara qarşı zorakılıq “Sərhədsiz İnsan Hüquqları” təşkilatının Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabatında da yer alıb”.
Qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması ölkədə insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir. Avropa İttifaqı Ermənistan hakimiyyətini baş verən hadisələrə səssiz qalmamağa, problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb. Təhlükəli faktlar Ermənistanın insan hüquqları üzrə ombudsmanı, həmçinin BMT və digər qurumlar tərəfindən qeydə alınıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

