Almaniyadakı erməni mafiyasının əməlləri ifşa edilir
13.11.2018 [09:24]
Yaxud Almaniya mətbuatında Azərbaycanda “arzuolunmaz şəxs” elan edilən Bundestaqın deputatı A.Valyerin və Ermənistanın bu ölkədəki səfiri A.Smbatyanın cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatlar dərc olunub
Bu günlərdə Almaniya mediasında bu ölkədəki erməni mafiyasının geniş fəaliyyəti və yerli hüquq-mühafizə orqanlarının neçə illərdir bu cinayətkar qruplaşmalarla mübarizədə qətiyyətli addımlar atmaqda çətinlik çəkməsi barədə yazılar dərc olunmuşdu. “Der Spiegel” jurnalının apardığı araşdırmanı digər media qurumlarının, o cümlədən “Deutsche Welle”nin davam etdirməsi bu məsələnin nə qədər ciddi olmasından xəbər verirdi. Almaniya mediasının bu məsələyə həddindən artıq həssas yanaşmasının digər səbəbi isə Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın Almaniyadakı erməni mafiyası ilə əlaqələrinə dair məlumatların yayılması idi.
Bu məqamda qeyd edək ki, təkcə Almaniyanın deyil, Ermənistanın bir çox yerli media orqanlarında da yer alan bu məlumatlardan sonra erməni səfir dərhal hərəkətə keçib. Belə ki, MDR televiziyasının və “Der Spiegel” jurnalının birgə jurnalist araşdırması nəticəsində hazırlanan, həmçinin noyabrın 7-də MDR televiziyasında efirə getməli olan “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli filmin nümayişi məhz A.Smbatyanın iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. Nəticədə sözügedən televiziyada 30 dəqiqəlik sənədli filmin əvəzinə təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Reportajda o da qeyd olunub ki, sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.
Buna baxmayaraq, həmin reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və hüquq-mühafizə orqanlarının araşdırmaları ilə bağlı məlumat verilir, həmmüəlliflərdən olan MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə müsahibə təqdim olunur. Qeyd edilir ki, erməni mafiyası bütün Almaniya ərazisində fəaldır. Məlumata görə, erməni “qanuni oğrular”ın sayının 670-900 arasında olduğu ehtimal edilir. Reportajda qeyd olunur ki, Almaniyada və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə əlaqələrinə dair dəlillər mövcuddur. O da vurğulanır ki, Almaniyanın hüquq-mühafizə orqanlarının texniki imkanlarının və qanunvericilik bazasının zəif olması 2014-cü ildən bəri aşkarlanan erməni mafiyası ilə mübarizəni çətinləşdirir.
Almaniya mediasındakı sözügedən araşdırma materiallarında öz əksini tapan ən maraqlı məlumatlardan biri isə Bundestaqın deputatı Albert Vayler ilə bağlıdır. Daha dəqiq desək, Almaniyadakı erməni mafiyası ilə əlaqələrdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Bundestaqın deputatı, Almaniya-Ermənistan Forumunun təsisçisi və sədri Albert Vaylerin də adı hallanır. Xatırladaq ki, Bundestaqın deputatı A.Valyer bu ilin sentyabrında Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil edilsə də, “arzuolunmaz şəxslər” siyahısında olduğu üçün onun Azərbaycana gəlməsinə icazə verilməyib. Alman jurnalistlərin araşdırmasında A.Vaylerin erməni mafiyası ilə mümkün əlaqələrinə toxunulur və vurğulanır ki, A.Smbatyanın səfir olduğu müddətdə yaradılmış Almaniya-Ermənistan Forumu Ermənistanın ən mühüm lobbi təşkilatıdır. Forumun təsisçiləri arasında Berlin Senatının 1 nəfər əməkdaşı, Almaniya XİN-in əməkdaşı, Ermənistanda keçmiş səfiri, adı Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında olan Hans-Yoxen Şmit, Almaniyada yaşayan erməni əsilli boksçu Karo Murat, səfir A.Smbatyan və onun arvadının da adı çəkilir.
Onu da qeyd edək ki, sənədli film nümayiş etdirilməsə də, araşdırma ilə bağlı məqalə “www.spiegel.de” xəbər saytında dərc olunub. Məqalədə erməni mafiyasının mövcudluğu barədə ilk faktların hələ 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kazinoların birində erməni cinayətkar dəstələr arasında qarşıdurma baş verməsindən sonra ortaya çıxdığı qeyd olunur. Hadisənin motivlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində Almaniyada erməni cinayətkar klanların mövcudluğu və onlar arasında mübarizənin getdiyi məlum olub. Bundan sonra Almaniya Federal Kriminal İdarəsi - “Bundeskriminalamt” (BKA) və 6 federal torpağın kriminal idarələrindən ibarət yaradılmış təhqiqat qrupunun “qanuni oğrulara qarşı mübarizə” (“Fight against thieves in law”, FATIL) şərti adı altında başlayan əməliyyatları illərdir davam edib. Elə həmin FATIL əməliyyatı Karo Muratın mafiya əlaqələrində adının hallanmasına səbəb olub. Belə ki, Erfurtdakı atışma zamanı Karo Muratın orada olduğu müəyyən edilib.
Bununla belə, məqalədə A.Smbatyana qarşı cinayət ittihamlarının hələ 2014-cü ildən xeyli əvvələ gedib çıxdığı və Berlin prokurorluğunun 2005-ci ildə Smbatyana qarşı təhqiqata başladığı qeyd edilir. Bildirilir ki, 1999-2008-ci illərdə Almaniyada təhsil alan A.Smbatyanın Almaniya ilə əlaqələrinin tarixi də elə həmin illərə gedib çıxır. Sonradan Ermənistana qayıdaraq XİN-ə işə qəbul olunan A.Smbatyan 2014-cü ildə gözlənilmədən bu ölkəyə səfir təyin edilib. O da vurğulanır ki, səfir olduğu müddətdə A.Smabtyan erməni mafiyası haqda xəbərlərin ört-basdır edilməsi üçün AFR-in hüquq-mühafizə orqanlarına əməkdaşlıq təklif edib, BKA isə 2018-ci ilin mart ayında Ermənistan rəsmilərinin “qanuni oğrular”la əlaqələrini nəzərə alaraq, əməkdaşlığı məqsədəuyğun hesab etməyib.
Beləliklə, Almaniya mediasında gedən süjet və məqalələrdə İrəvanda kriminal çevrələrdə ad çıxaran Ermənistan səfiri və Bundestaqın deputatının erməni mafiyası ilə ortaqlığının nəticələri barədə kifayət qədər iddiaların sadalanması erməni lobbisinin cinayətkar aləm də daxil olmaqla, bütün növ əməkdaşlığı məqbul hesab etdiyini bir daha isbatlayır. Digər tərəfdən, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniya vətəndaşlarının erməni mafiyası ilə əlaqələrinin ortaya çıxması bu ölkədə həmin şəxslərin fəaliyyətinin xüsusi xidmət orqanları tərəfindən ciddi şəkildə araşdırılmasının vacibliyini gündəmə gətirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30

