Ermənistanda seçkiqabağı gərginlik kritik həddə çatıb
30.11.2018 [10:19]
İşğalçı ölkənin əsgər və zabitlərindən “Hayastan” Fonduna pul köçürmələrinin tələb edilməsi isə N.Paşinyanın heç də əvvəlki rejim rəhbərliyindən fərqlənmədiyini göstərir
Ermənistanda keçiriləcək parlament seçkilərinə artıq sayılı günlər qalır və hər ötən gün ərzində işğalçı ölkədəki vəziyyət daha da gərginləşir. Yayılan məlumatlara görə, noyabrın 26-da başlayan təbliğat kampaniyası çərçivəsində deputatlığa namizədlərin bəyanatları kəskin reaksiyalara səbəb olub. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu mərhələdə də rəqiblərinə qarşı qisasçılıq hissi ilə yanaşması isə Ermənistanda vətəndaş müharibəsi təhlükəsini daha da artırıb.
Belə ki, Nikol Paşinyan İrəvandakı yürüşdə və digər görüşlərdə S.Sarkisyanın rəhbərlik etdiyi Respublikaçı Partiyasının ordu üçün nəzərdə tutulan əmlakı və təchizatı şəxsi məqsədləri naminə istifadə etməklə cinayət törətdiyini dilə gətirib. Sonuncu çıxışlarından birində isə N.Paşinyan Dağlıq Qarabağdan respublikaçılara dəstək verən oyuncaq rejimin nümayəndələrini hədəfə alaraq, Bako Saakyana və ona qarşı çıxan əlaltılarına “özünüzə gəlin və öz işinizlə məşğul olun” xəbərdarlığı ünvanlayıb.
Yeri gəlmişkən, erməni mətbuatının yazdığına görə, Paşinyanın keçmiş rejimin ünvanına sərt fikirlər səsləndirməsinə baxmayaraq hazırda da maddi-texniki təchizat və qidalanma baxımından işğalçı orduda vəziyyət ürəkaçan deyil. Bu azmış kimi yayılan son məlumatlara görə, işğalçı ordunun əsgər və zabitlərini xeyriyyəçilik məqsədilə “Hayastan” Ümumerməni Fonduna pul köçürməyə məcbur edirlər. Bu, həmin fonddur ki, bu yaxınlarda B.Saakyan onun keçirdiyi telemarafonda iştirak etmək üçün ABŞ-a səfər etmişdi. Hər il bu ianələri toplamaq üçün keçirilən telemarafondan yığılan pullar hesabına Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında bir çox layihələr həyata keçirilir. Amma cəbhədə xidmət edən hərbi qulluqçulardan fond üçün pul yığılması bu dəfə kəskin etiraza səbəb olub. İndiki hakimiyyəti orduya nəzarət etməməkdə günahlandıran erməni saytlarında işıq üzü görən “Orduda talan” sərlövhəli yazılarda qeyd olunur ki, əsgər və zabitlərdən “Hayastan” Fonduna pul köçürmələrinin tələb edilməsi N.Paşinyanın heç də əvvəlki rejim rəhbərliyindən fərqlənmədiyini göstərir. Məlumata görə, hər zabitdən 5000, serjantlardan 3000, müqavilə ilə xidmət edən əsgərdən 1000, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan isə 100 dram toplayıblar. Buna əməl etməyən hərbi qulluqçular hərbi hissədə süni problemlərlə üzləşirlər.
İşğal altındakı Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etdiyi heç kimə sirr olmasa da, “168 jam” (“168 saat”) qəzetində yazılan daha bir informasiya bu faktları və N.Paşinyanın səs toplamaq üçün hansı üsullara əl atdığını təsdiqləyir. Qəzetin yazdığına görə, işğal olunmuş ərazilərdə müddətli həqiqi hərbi xidmətdə olan hərbçilər valideynlərinə zəng edərək deyiblər ki, 9 dekabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün onlar kütləvi şəkildə Gorus və Qafana aparılacaq, burada yaxınlarını görməyə imkan veriləcək. Valideynlərin dediklərinə görə, bu, N.Paşinyan tərəfindən yalnız bir şərtlə təşkil edilir ki, əsgərlər onun rəhbərlik etdiyi “Mənim addımım” seçki blokuna səs versinlər.
N.Paşinyanın ordu ilə bağlı digər qalmaqalı onun oğlunun Dağlıq Qarabağda xidmət edib-etməməsi ilə bağlıdır. Belə ki, buna qədər N.Paşinyan oğlunun orduda xidmət etdiyini, halbuki Dağlıq Qarabağda bəzi yüksəkvəzifəli şəxslərin uşaqlarının hərbi xidmətdə olmadıqlarını söyləyib. Bu yanaşmanı səhv hesab edən erməni ekspert Vigen Akopyan isə belə açıqlamanın nəticələrinin ağır olacağını deyib. Nəticələr özünü çox gözlətməyib və işğal olunmuş ərazilərdəki mənbələrdən erməni mətbuatına verilən məlumata görə əslində, N.Paşinyanın oğlu hazırda hərbi hissədə qulluq etmir, ümumiyyətlə, vaxtilə Rusiyada təhsil alan Aşotun harada olduğu məlum deyil.
Bütün bunlar, o cümlədən seçkiqabağı proseslərdə ordu ilə bağlı biabırçılıqlar isə N.Paşinyanın əslində ictimai rəyə hesablanmış saxta siyasətini üzə çıxarır. Eyni zamanda, budəfəki növbədənkənar seçkilərdə N.Paşinyanın rəhbərlik etdiyi blok parlamentdə əksəriyyət yerləri qazansa belə, onun hakimiyyətdə qalması uzunömürlü olmaya bilər. Erməni ekspertləri etiraf edirlər ki, xarici siyasətdə onsuz da səriştəsiz olan N.Paşinyan iqtisadiyyatda və daxili siyasətdə effektiv addımlar atmasa, yalnız populizmlə məşğul olmağa davam etsə, Ermənistanda ən tez 1 il, ən gec isə iki ilə qədər yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə proqnozlar gerçəkləşə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15

