Dünyada yeni terror xofu
09.01.2010 [09:20]
Milad bayramı günlərində “Əl-Qaidə” terror şəbəkəsi ilə bağlı ekstremist qüvvələr tərəfindən ABŞ-a qarşı yönəlmiş növbəti planlı təxribat aktının təsadüfən üstünün açılması rəsmi Vaşinqton başda olmaqla, bütövlükdə Qərb aləmini bu terror təşkilatı əleyhinə aparılan mübarizədə yenidən imkanlarını səfərbər etmək məcburiyyətində qoyub. Siyasi müşahidəçilər “Əl-Qaidə”nin terror aktı ilə bağlı son təhdidlərini təxminən bir müddət öncə ABŞ prezidenti Barak Obamanın Əfqanıstan ilə əlaqədar ortaya qoyduğu yeni strategiyaya qarşı cavab addımı kimi dəyərləndirdilər. Bu dəfə “Əl-Qaidə”nin Yəməndəki qrupları fəallaşaraq hərəkətə keçiblər. Baş verən son proseslər bir sıra ciddi və maraqlı suallar ortaya çıxarır: beynəlxalq terrorçuluğa qarşı mübarizə indi hansı səviyyədədir, “Əl-Qaidə”nin mövcud durumu və imkanları nə dərəcədədir, nəhayət, Qərbin bu terror təhdidlərinə qarşı cavab tədbirləri nədən ibarət olacaq və Qərb bu sınaqdan necə çıxacaq?
İndiki şəraitdə aktual xarakter daşıyan bu suallara birmənalı cavab vermək çox çətindir. Ancaq hiss olunmaqdadır ki, ABŞ başda olmaqla, Qərbin əsas diqqətini son vaxtlar Əfqanıstana və Pakistana yönəltməsi “Əl-Qaidə” və Taliban rəhbərliyini ciddi şəkildə narahat etməyə başlayıb. çünki bu təşkilatların əsas qüvvələri və dayaq mərkəzləri də məhz həmin ölkələrin ərazisində cəmlənib. Bir çox ekspertlər Qərbin bu istiqamətdə birgə fəaliyyətini müsbət dəyərləndirirlər. üstəlik, Rusiya, çin kimi böyük dövlətlər və bəzi böyük müsəlman ölkələri də (məsələn, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İndoneziya və s.) bu prosesdə Qərb aləminə ciddi dəstək verirlər. Əldə edilən təcrübə də onu göstərir ki, beynəlxalq terrorçuluğa qarşı yalnız birgə mübarizə şəraitində effektiv nəticələrə nail olmaq olar. Radikal ekstremist və terrorçu qüvvələrdən doğan təhlükə bütövlükdə beynəlxalq aləm üçün böyük bəlaya çevrilib. Elə bu üzdən də prezident Barak Obama bu günlərdə etdiyi çıxışında İraqda artıq müharibənin başa çatdığını və əsas diqqətin Əfqanıstan və Pakistana yönəldildiyini bəyan edib. Eyni zamanda, rəsmi Vaşinqton vaxtilə Somali və Əfqanıstanda olduğu kimi, Yəməndə də xaos və anarxiya vəziyyəti yaratmağa çalışan qüvvələrin qarşısını almağa çalışır. Bu baxımdan ABŞ başda olmaqla, Qərb, eləcə də, Misir və Səudiyyə Ərəbistanı kimi nüfuzlu ərəb ölkələri də terrorçu-ekstremist və qiyamçı qüvvələrə qarşı mübarizədə Yəmən hökumətinə hər cür hərbi-siyasi və iqtisadi dəstək verirlər.
Yanvarın sonunda isə Böyük Britaniya hökumətinin təşəbbüsü ilə Londonda Yəməndə cərəyan edən hadisələrlə bağlı beynəlxalq konfransın keçiriləcəyi gözlənilir. çox güman ki, beynəlxalq aləmin səyləri nəticəsində Yəmən “ikinci Əfqanıstan”a çevrilməyəcək. öz növbəsində ABŞ başda olmaqla, Qərb terrorçu-ekstremist qüvvələrə qarşı mübarizədə müsəlman Şərqində nüfuzu getdikcə artmaqda olan mütərəqqi qüvvələrin dəstəyinə də bel bağlayır.
ötən il Livanda, İranda, Əfqanıstanda (eləcə də, 2008-ci ildə Pakistanda) keçirilmiş müxtəlif səviyyəli seçkilərdə islahatçı qüvvələrin yüksək fəallıq nümayiş etdirməsi belə dəstəyə olan ümidləri artırır. Vaşinqtondakı bir çox ekspertlərin fikrincə, görülən tədbirlərlə bağlı yaxın 1 il ərzində Əfqanıstan ilə Pakistan ərazisində “Əl-Qaidə” və Talibana qarşı mübarizədə ciddi dönüşə nail olmaq olar. Proseslərin bu istiqamətdə gedişatı üçün beynəlxalq aləmdə münbit zəmin yaranıb. Bir sözlə, 2010-cu il terrorçu-ekstremist qüvvələrə qarşı mübarizədə ABŞ başda olmaqla, Qərb üçün əsl sınaq ili olacaq.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

