Ermənistanda xaos: hakimiyyət ölkəyə nəzarəti itirir
11.04.2020 [16:04]
Paşinyan hökuməti xaricdəki Ermənistan vətəndaşlarından imtina edir, ölkə daxilində isə əhalinin sağlamlığını, sosial müdafiəsini təmin etmək və qida tələbatını ödəmək imkanına malik deyil
Son dövrlər sosial-iqtisadi tənəzzülün pik nöqtəsini yaşayan Ermənistanda hökumətin fəaliyyəti yerli media orqanları və Nikol Paşinyanın rəqibləri tərəfindən ciddi tənqid olunur. Tənqidçilər Paşinyanın bütün ölkələrin yaranmış böhranın öhdəsindən gəlməklə məşğul olduğu indiki vəziyyətdə belə müxalifətdən və mediadan narahat olması faktını qabardırlar. Ümumi situasiya isə onu göstərir ki, mövcud hakimiyyət ölkə vətəndaşlarının problemlərini həll etmək iqtidarında deyil və artıq ölkəyə nəzarəti itirir.
N.Paşinyan son çıxışları zamanı guya cəmiyyətin əksəriyyətinin hələ də onun komandasını dəstəklədiyi haqqında təəssürat yaratmağa çalışsa da, erməni mediasında yer alan fikirlər və ümumi mənzərə bunun tam əksini göstərir. Məsələn, “Past” qəzetinin yazdığına görə, son dövrlər Paşinyanın davranışları göstərir ki, baş nazir böhrandan, bu çətin vəziyyətdən də dərs almayıb, özünü “əlçatmaz” hesab edir, “düşmən” axtarmağa və tapmağa çalışır.
“1in.am” saytında erməni müəllif Sarkis Artsruni isə yazır ki, cəmiyyətdəki mövcud “sosial mozaika”nın mövqeyindən anlaşılır ki, görülən antiböhran tədbirləri cəmiyyətin bütün təbəqə və seqmentlərinin boşluqlarını əhatə etmir. Onun sözlərinə görə, koronavirus, cəmiyyətin siyasətə, iqtidara və ümumiyyətlə, ölkədə fəaliyyət göstərən qurumlara münasibətini dəyişdirib. “Cəmiyyətdəki qeyri-müəyyənlik və obyektiv narazılıq mühiti müxalif əhval-ruhiyyəni artırır, yeni etirazlar doğurur”,deyə vurğulayanmüəllif yazır ki, hakim komanda siyasi sahədəki inhisarını itirib.
Paşinyan xaricdən qayıtmaq istəyən ölkə vətəndaşlarını qəbul etmək istəmir
Bunlarla yanaşı, hakimiyyətin fəaliyyəti son günlər yaranmış vəziyyətə adekvat hərəkət etmədiyi üçün ciddi tənqid olunur. Bu haqlı tənqidlərin arasında iqtidarın xaricdən ölkəyə qayıtmaq istəyən vətəndaşların müraciətlərinə etinasız yanaşması kimi fikirlər də var.
Erməni mediasının məlumatına görə, “Hüquqi yol” ictimai təşkilatının həmtəsisçisi Ruben Məlikyan özünün “facebook” səhifəsində Rusiyanın paytaxtı Moskvanın hava limanlarında qalan Ermənistan vətəndaşlarının “təcridedilmə üçün yerlərin olmadığı” bəhanəsi ilə ölkəyə qayıtmalarına icazə verilmədiyi barədə fikir irəli sürüb. R.Məlikyanın sözlərinə görə, Moskvanın hava limanlarında qalan vətəndaşlar qeyd edirlər ki, bu barədə göstəriş Ermənistanın baş naziri tərəfindən verilib və onlar neçə gündür ki, xeyli məbləğdə pul xərcləyərək hava limanında gecələyirlər. Öz ölkələrinə qayıtmaq istəyənlərin tələbinin haqlı olduğunu bildirən hüquqşünas vətəndaşlara etinasız yanaşan hökumətin xaricdən qayıtmaq istəyənlərin təcrid olunması üçün lazımi infrastrukturu təmin edə bilməməsini də rəzalət adlandırıb.
Hakimiyyət koronavirusdan ölüm hallarını gizlədir
Mövcud hakimiyyətə daha bir ittiham isə koronavirus infeksiyasının yayılması ilə bağlıdır. Belə ki, “COVID-19 Armenia” faktların toplanması qrupu koronavirusun yayılması ilə bağlı vəziyyət və hakimiyyət orqanlarının infeksiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar növbəti açıqlamasında Paşinyan hökumətini koronavirusdan ölənlərin sayını gizlətməkdə ittiham edib.
“News.am” saytının yazdığına görə, “COVID-19 Armenia” qrupu hələlik ölkə hakimiyyətinin gizlətməyə çalışdığı iki fakta diqqət çəkib. Birincisi, iki aylıq körpənin koronavirusa yoluxmasına aiddir. İkinci fakt Alapars kənd sakini, 59 yaşlı qadının ölümü ilə bağlıdır. Qrupun açıqlamasına görə, rəsmi ölüm səbəbi infarkt göstərilsə də, qadının həyat yoldaşı və oğlunun koronavirus testlərinin müsbət olduğu ortaya çıxıb: “Ancaq bu qadının adı koronavirusdan ölənlərin siyahısında göstərilməyib. Bu fakt hakimiyyətin indiyə qədər infeksiyadan ölənlərin, koronavirus qurbanlarının əsl sayını gizlətdiyini göstərir”.
Aclıq və səfalətin yeni dalğası qaçılmazdır...
İşğalçı ölkədəki mövcud dözülməz vəziyyət təkcə xaricdən vətəndaşların gətirilməsi və koronavirusdan ölənlərin sayının gizlədilməsi ilə bağlı deyil. Erməni mediasının yaydığı xəbərə görə, ölkədə ərzaq ehtiyatının tükənməsi barədə də əhali arasında təşviş yaranır. Hətta “News.am” saytı yazır ki, ölkənin bəzi vilayətlərində bir sıra ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Ermənistanın İqtisadi rəqabəti müdafiə üzrə dövlət komissiyasının Kotayk və Lori vilayətlərinin regional administrasiyaları ilə birlikdə apardığı monitorinqin nəticələrinə görə, Kotayk vilayətinin bir sıra kəndlərində, Lori vilayətinin Allahverdi, Vanadzor, Spitak, Stepanavan şəhərlərində ciddi artım qeydə alınıb.
Qeyd edilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, Ermənistanın indiki hökuməti nə xaricdə qalan vətəndaşlarını qəbul etmək, onların izolyasiyasını təmin etmək, nə də ölkə daxilində əhalinin sağlamlığını qorumaq, sosial vəziyyətini yaxşılaşdırmaq, əsas qida tələbatını ödəmək imkanına malikdir. Əksinə, ölkədə bahalaşmanın baş qaldırması Ermənistanda aclıq və səfalətin yeni dalğasının qaçılmaz olmasından və Paşinyan hökumətinin indiki şəraitdə ölkəyə nəzarəti itirməsindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26

