Ermənistanda siyasi qarşıdurma növbəti mərhələyə qədəm qoyur
11.03.2021 [09:02]
Müxalifət kütləvi etiraz aksiyalarını davam etdirir, Paşinyan isə müxtəlif yollarla hakimiyyətini qorumağa çalışır
Artıq 4 aydan çoxdur ki, Ermənistanda siyasi böhran davam edir. Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edən müxalifət ötən ilin 10 noyabrından kütləvi etiraz aksiyaları keçirsə də, hakimiyyət geri çəkilmir. Paşinyan və hökumətinin istefasını tələb edən silahlı qüvvələrin baş qərargahının verdiyi açıqlamalardan sonra qarşıdurma pik həddə çatıb. Ermənistan mediası yazır ki, prezident Armen Sarkisyan iki həftədir O.Qasparyanın istefaya göndərilməsi barədə sənədi imzalamasa da, martın 9-da aparat tərəfindən verilən rəsmi açıqlama bu səlahiyyəti baş nazirə həvalə etmək kimi başa düşülüb və müxalifəti yenidən hərəkətə keçirib. 17 müxalifət partiyasının təmsil olunduğu “Vətənin xilası naminə hərəkat”ın paytaxtdakı Baqramyan prospektində etiraz aksiyalarını bütün gecəni davam etdirməsi, parlamentin binasını mühasirəyə alması və Dəmirçiyan küçəsi boyu əlavə çadırlar quraşdırması bunu deməyə əsas verir.
Yeri gəlmişkən, “Armenia today”ə açıqlama verən hərəkatın koordinatoru İşxan Saqatelyan deyib ki, bir gün əvvəl polislə baş verən qarşıdurmaya baxmayaraq, müxalifət Dəmirçiyan küçəsi ilə Baqramyan prospekti tərəfdən parlament binasına giriş və çıxışları bağlayıb. Bütün vətəndaşları hərəkata qoşulmağa çağıran İ.Saqatelyan deyib ki, müxalifət vətəndaş itaətsizliyi aksiyalarını fasiləsiz olaraq davam etdirəcək.
Yeri gəlmişkən, müxalifətin növbəti etiraz aksiyası və parlamentin binasını blokadaya alması öz nəticəsini verib. “News.am” yazır ki, Ermənistan prezidenti Armen Sarkisyan konstitusiya məhkəməsinə (KM) müraciət edib. Prezident aparatından yayımlanan məlumatda deyilir ki, A.Sarkisyan ölkə konstitusiyasının 169-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndini rəhbər tutaraq, baş qərargah rəisinin vəzifədən azad edilməsinin “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna uyğunluğu məsələsini müəyyənləşdirmək üçün KM-ə müraciət edib. Qeyd edək ki, KM müvafiq qərarı 10 gün müddətində qəbul etməlidir.
Buna baxmayaraq, baş nazir Paşinyan artıq elan edib ki, martın 10-dan O.Qasparyan qanunun qüvvəsi ilə tutduğu vəzifədən azad edilmiş sayılır. “Aysor.am” yazır ki, vəkillər palatasının sədri Ara Zöhrabyan isə bəyan edib ki, konstitusiyada ona verilən hüquqa əsasən, baş qərargah rəisi vəzifəsinin icrasını davam etdirməlidir. Baş qərargah rəisi Qasparyan isə martın 10-da yaydığı rəsmi müraciətdə təsdiq edib ki, hökumətə münasibətdə mövqeyindən geri çəkilməyib. “News.am” yazır ki, bütün ölkə vətəndaşlarına ünvanlanmış açıqlamada Qasparyan öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdiyini bildirib. Qasparyan deyib ki, hazırda Ermənistan üçün vəziyyətdən çıxış yolu kimi Paşinyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini görür. Qeyd edək ki, Qasparyanın müraciətindən dərhal sonra silahlı qüvvələrin komanda heyəti də bəyanat yayaraq onun mövqeyini dəstəklədiklərini bildirib. Yerli medianın yazdığına görə, 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturov da bəyanat verərək ölkənin təhlükəsizliyinə təhlükə törətdiyinə görə Paşinyanın istefasını tələb edib.
Bu arada Paşinyan martın 10-da baş qərargahın binasında komanda heyəti ilə görüş keçirib. Müdafiə naziri Vaqarşak Arutyunyanın da qatıldığı görüşdə O.Qasparyan olmasa da, baş qərargahın keçmiş rəisi Artak Davtyan iştirak edib. Sayt yazır ki, Paşinyan artıq A.Davtyanı baş qərargah rəisi təyin etmək barədə sənədi prezident A.Sarkisyana göndərib.
Göründüyü kimi, müxalifət kütləvi etiraz aksiyalarını davam etdirir, Paşinyan isə müxtəlif yollarla hakimiyyətini qorumaq istəyir. Ekspertlərin fikrincə, müxalifətin parlament binasını mühasirəyə alması və Qasparyanın sərt çıxışı ilə Ermənistandakı qarşıdurma növbəti mərhələyə qədəm qoyub.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

