Ermənistanda böhran: hakimiyyət ilə müxalifət arasında qarşıdurma güclənir
22.04.2021 [08:21]
Məlum olduğu kimi, ciddi sosial-iqtisadi və siyasi böhran dövrünü yaşayan məğlub Ermənistanda 20 iyunda növbədənkənar parlament seçkiləri keçiriləcək. Parlamentdə təmsil olunan və seçkilərlə bağlı hakim komanda ilə razılığa gələn partiyalar artıq seçkiyə hazırlıq görürlər. Parlamentdən kənardakı siyasi qüvvələrə gəlincə, bəzi partiyalar seçkidə iştirakla bağlı qərar versələr belə, əksər siyasi partiyalar indiki hökumətin ədalətli seçki keçirəcəyinə inanmır. Bütövlükdə isə, siyasi qüvvələr bir-birilərini ittiham etməklə məşğuldurlar.
Mövcud hakimiyyətin seçkiqabağı durumuna nəzər yetirdikdə vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, rəqiblərinin seçki qanunvericiliyini pozmaqda günahlandırdığı Paşinyan artıq təşviqat kampaniyasına başlasa da, regionlara səfərləri uğursuz olub.
Yeri gəlmişkən, “Past” qəzetinin yazdığına görə, regional səfərləri zamanı Paşinyanın böyük icmalarda görüşlərdən imtina etməsi diqqət çəkir: “Əldə etdiyimiz məlumata görə, səfərləri təşkil edilməzdən əvvəl çox sayda insanın iştirakını təmin etmək üçün ciddi iş aparılır. Lakin Paşinyan son regional səfərindən olduqca əsəbi qayıdıb. Belə ki, baş nazir səfər təşkilatçılarını və bəzi icma rəhbərlərini danlayıb”.
Qeyd edək ki, Paşinyanın regional görüşlərinə çox sayda uşağın cəlb olunması da hakimiyyət üçün problem yaradıb. “Aysor.am” yazır ki, “Alternativ layihələr” qrupunun rəhbəri Elinar Vardanyanın sözlərinə görə, uşaqlardan siyasi məqsədlərə çatmaq üçün vasitə kimi istifadə olunması qəbuledilməzdir. E.Vardanyan deyib ki, hakimiyyət inzibati resurslardan sui-istifadə edərək seçkiqabağı kampaniyaya başlayıb: “Görüşlərə yerli vəzifəli şəxslər yetkinlik yaşına çatmayanları cəlb ediblər ki, bu da BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və digər beynəlxalq sənədlərə görə uşaq hüquqlarının pozulmasıdır”.
Ekspertlərin qənaətinə əsasən, Ermənistanda müşahidə olunan siyasi qarşıdurma və ziddiyyətli mənzərə seçki prosesinin daha gərgin keçəcəyinə dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10

