Ermənistanda sosial-iqtisadi tənəzzül davam edir
17.07.2021 [09:15]
Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutsa da, siyasi böhran davam edir. Xüsusilə də, ekspertlər ictimai-siyasi xaosla yanaşı, hüquq müstəvisində ciddi problemlərin hökm sürdüyünü, aşkar qanun pozuntularına yol verildiyini bildirirlər. Məhz bu hal məğlub ölkədə siyasi qüvvələr arasında konfrontasiyanın şiddətlənməsini şərtləndirir.
Siyasi şərhçilərin fikrincə, Paşinyan hakimiyyəti aprel ayının sonundan başlayaraq yeni qanun pozuntularına yol verib. Bunlardan biri hələ mayın əvvəlindən qanunla buraxılmış hesab edilən parlamentin deputatlarının lazım olanda gündə iki dəfə toplaşmasıdır. Erməni mətbuatının yazdığına görə, cəmiyyətdə olduqca qeyri-ciddi şəkildə qarşılanan buraxılmış parlamentin növbədənkənar iclasa yığışması Paşinyan hakimiyyətinin maraqlarından qaynaqlanır. Belə ki, parlamentin sonuncu növbədənkənar iclası deputatlar üçün müəyyən olunmuş aylıq əlavə ödənişin 50 mindən 250 min dramadək artırılması ilə bağlı olub. “Aysor.am” yazır ki, Ermənistan parlamenti “Mənim addımım” fraksiyasının deputatları Viktor Yengibaryan və Nikolay Baqratyanın təşəbbüsü ilə “Dövlət vəzifələrində və dövlət qulluğu vəzifələrində çalışan şəxslərin əməyinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini ilk oxunuşda qəbul edib.
Qeyd edək ki, deputatlara ayrılan əlavə ödənişin 5 dəfə artırılması cəmiyyətdə və siyasi dairələrdə birmənalı qarşılanmır. “Panorama.am”ın yazdığına görə, “Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı Naira Zöhrabyan deyib ki, Ermənistan iqtisadiyyatının böhran keçirdiyi bir dövrdə deputatlara əlavə ödənişlərin, parlament xərcləri üçün kompensasiyaların artırılmasını, sadəcə, “biabırçılıq” hesab etmək olar: “Bu gün bu məsələnin həlli üçün parlamentin növbədənkənar iclasının çağırılması prioritet deyil”.
Yeri gəlmişkən, iqtisadçı Tadevos Avetisyan bəyan edib ki, indiki hakimiyyət Ermənistanı iqtisadi tənəzzülə sürükləyib. Onun sözlərinə görə, vergilərin artırılması, yeni dövlət rüsumlarının təsis edilməsi ilə həm sahibkarların, həm də əhalinin sosial vəziyyəti ağırlaşıb. İqtisadçı deyib ki, Ermənistanın dövlət borcu 9 milyard ABŞ dollarından çoxdur, ölkə kredit böhranı riski ilə üz-üzə qalıb.
Bu arada, “Joğovurd” qəzeti Ermənistanda təkcə benzinin deyil, həm də maye qazın qiymətinin artmasının sürücüləri hiddətləndirdiyini yazır: “Bir litr maye qaz 220 dram olub, halbuki bir neçə gün əvvəl 190-200 dram idi. Yeri gəlmişkən, bəzi yanacaqdoldurma məntəqələrində bir litr maye qaz 230 drama satılır. Digər tərəfdən, Ermənistanda benzinin qiyməti enmir. “Regular” benzininin bir litri 480 dram, “Premium” isə 500 drama satılır. Mütəxəssislərin proqnozlarına görə, yaxın gələcəkdə dünya bazarında neftin qiymətinin artması səbəbindən yanacaq daha da bahalaşacaq. Qeyd edək ki, ölkədə dizel yanacağı da bahalaşıb və 460 drama satılır”.
Göründüyü kimi, Paşinyan ölkədə qanun pozuntularının qarşısını almaq əvəzinə, özü qanunları pozmaqla məşğuldur. Eyni zamanda, siyasi böhranla üzləşən məğlub ölkədə əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Ekspertlərin fikrincə, seçkilərin keçirilməsi siyasi xaosu aradan qaldırmadığı kimi, Ermənistanı sosial-iqtisadi tənəzzüldən də xilas etməyəcək.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

