Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropada təbii qazın qiyməti bahalaşıb

Avropada təbii qazın qiyməti bahalaşıb

15.11.2021 [16:58]

Avropada təbii qazın qiyməti min kubmetr üçün 964 dollara qalxıb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Avropada qazın qiyməti dekabr ayı üçün “Qazprom”un “Yamal-Avropa” qaz kəməri və Ukrayna qaz nəqli sistemi üçün əlavə tranzit imkanlarını bron etməməsi ilə bağlı xəbərlər fonunda bahalaşıb.

Belə ki, son hərracın nəticələri elan edildikdən sonra Hollandiyanın TTF indeksi üzrə dekabr fyuçersləri 1000 kubmetr üçün 964 dollara yüksəlib. Yəni noyabrın ticarət gününün təxmin edilən qiymətindən yeddi faizdən çox bahalaşıb.

Xatırladaq ki, Avropada təbii qazın qiyməti yayın sonu və payızın əvvəlində kəskin artıb. Ən yüksək həddi oktyabrın 6-da 1937 dollar olub, noyabrın 1-də isə 750 dollardan aşağı düşüb.

Paylaş
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31