Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ÜST-dən "səyahətlərinizi təxirə salın" xəbərdarlığı

ÜST-dən "səyahətlərinizi təxirə salın" xəbərdarlığı

01.12.2021 [11:30]

Cənubi Afrikada ortaya çıxan koronavirusun “Omikron” ştamı dünyanı yeni dalğa ilə təhdid edir, bir çox ölkələrdən bir-birinin ardınca məhdudiyyət xəbərləri  gəlir. yeniazerbaycan.com-un Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbərə görə, bununla əlaqədar olaraq artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da xəbərdarlıq edib ki, hələ peyvənd olunmamış yaşlı insanlar səyahətlərini təxirə salsınlar.

Belə ki, ÜST yaşı 60-dan yuxarı olan və peyvənd olunmamış insanlara səyahətlərini təxirə salmağı tövsiyə edib. Təşkilatın bəyanatında deyilir ki, özünü yaxşı hiss etməyən, ürək problemləri, xərçəng və şəkərli diabet kimi xroniki xəstəlikləri olan, hələ koronavirusa yoluxmamış və ya əvvəllər peyvənd olunmamış şəxslər yoluxma olan ölklərə səyahət planlarını təxirə salmalıdırlar.

Xatırladaq ki, bundan əvvəl ÜST-dən verilən açıqlamada ölkələrin qəbul etdikləri səyahət qadağalarının insanların gündəlik həyatına və pandemiya ilə qlobal mübarizəyə mənfi təsir göstərəcəyini bildirmişdi.

Paylaş
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31