Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynaya 5 milyard dollar məbləğində hərbi yardım toplanıb

Ukraynaya 5 milyard dollar məbləğində hərbi yardım toplanıb

26.04.2022 [14:45]

"ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb".

“Report” “dw”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Sizin müqavimətiniz azad dünyaya ilham verdi”, - Pentaqonun başçısı Ukraynanın müdafiə naziri Oleksey Reznikova müraciət edərək deyib.

Lloyd Ostinin sözlərinə görə, öz ölkəsi uğrunda mübarizə aparan Kiyevin dəstəklənməsi sürətlə artır. O vurğulayıb ki, toplanan 5 milyard dolların 3,7 milyardını ABŞ administrasiyası ayırıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlərdə daxil olmaqla 40-dan artıq ölkənin müdafiə nazirlərinin Ramştaynda toplantısı keçirilir. Ukraynaya yardım yığıncağın əsas mövzusudur.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinin xaricdəki ən böyük bazası Ramştaynda yerləşir. Orada 9 min amerikalı hərbçi dislokasiya olunub.

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30