Avropanı bürüyən irqçilik və islamofobiya insan hüquq və azadlıqlarına təhlükədir
02.05.2012 [00:10]
Bu bir həqiqətdir ki, “demokratiyanın beşiyi” hesab olunan bir sıra Qərbi Avropa ölkələri bu gün media və digər vasitələrlə özləri haqqında dünyada bəzi stereotiplərin formalaşmasına nail olublar. Bu stereotiplər isə Avropa dövlətlərində tam demokratik idarəçiliyin olmasından, bu ölkələrdə insan hüquq və azadlıqlarının mütləq şəkildə qorunmasından, cəmiyyətlərdə irqi, dini, etnik, cinsi, yəni, hər cür ayrı-seçkiliyin tamamilə aradan qaldırılmasından və s. ibarətdir. Hətta bu stereotiplərə əsaslanan, “avropalıdırsa, deməli demokratikdir” düşüncəsinə söykənən bəzi belə dövlətlər bir qədər də irəli gedərək başqa ölkələri “insan hüquq və azadlıqlarına hörmət etməyə”, “demokratik dəyərlərə əməl etməyə” çağırmağa, bu yolla həmin ölkələrin daxili işlərinə qarışmağa haqlarının olduğunu düşünürlər. Halbuki, bir çox Avropa xalqlarının tarixində yaşanan irqçilik, dini ayrı-seçkilik, kütləvi qırğın və soyqırımları kimi olaylar, bu gün isə regionda dirçəliş dövrünü yaşayan neo-nasizm və irqçilik, dini dözümsüzlük, ksenofobiya əhval-ruhiyyəsi, həmçinin, bu müstəvidə baş verən bir sıra cinayətlər bəhs edilən ölkələrin özlərində insan hüquq və azadlıqları ilə bağlı kifayət qədər həll olunmamış məsələlərin qaldığını, problemlərin artmaqda olduğunu göstərir.
ümumiyyətlə, son illərdə Avropada islamofobiya, miqrantlara qarşı təzyiqlər, multikulturalizmlə mübarizə meyilləri xeyli artıb. Məhz bunun nəticəsidir ki, Avropada hər il yeni-yeni nasist təşkilatlar yaradılır, onlar isə ətraflarına çoxlu sayda radikal düşüncəli gəncləri yığır, terrorçuluq, ekstremizm ideyalarını təbliğ edirlər. Buna paralel olaraq, Avropanın bir sıra ölkələrində seçkilər zamanı irqçi partiyaların, yaxud ayrı-ayrı namizədlərin seçicilərdən böyük dəstək qazanması müşahidə olunur. Elə Fransadakı son prezident seçkisi prosesi də göstərir ki, namizədlərin irqçi mövqedən çıxış etməsi onların seçicilər arasındakı nüfuzunu artıran amil rolunu oynayır. Təsadüfi deyil ki, səsvermənin birinci mərhələsini keçən həm Fransua Oland, həm də Nikola Sarkozi öz irqçi çıxışları ilə tanınırlar.
Bir sözlə, irqçilik və islamofobiya Avropada o qədər dərin kök salıb ki, hətta öz ictimai sabitliyi ilə seçilən ölkələrdə də dəhşətli hadisələr qaçılmaz olur. Belə ki, 2011-ci ilin iyulunda norveçli Anders Breyvikin 77 nəfəri qətlə yetirməsi faktı buna sübutdur. Ən acınacaqlı məqam ondan ibarətdir ki, Avropa ölkələrində irqçilik, etnik-dini düşmənçilik ideyaları ilə günahsız insanları amansızlıqla qətlə yetirənlərə qarşı həddən artıq mülayim mövqe sərgilənir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərov Vətənini, bayrağını təhqir edən bir ermənini öldürdüyü üçün ömürlük həbsə məhkum olunduğu halda, onlarla insanın qatili olan və daha çox insan öldürmək istədiyini bəyan edən Breyvik məhdud müddətə həbs oluna bilər. üstəlik, nədənsə, məhkəmə iclaslarında Breyvikə öz ideologiyasını yayması üçün hər cür şərait yaradılır, o, cinayətkar irqçi ruhda 30 dəqiqəlik çıxış edir, hazırladığı anti-islam təbliğatı xarakterli video-çarxı məhkəmə zalındaca nümayiş etdirir. Belə hallar isə irqçilik və islamofobiyanın bir çox hallarda yüksək siyasi dairələr tərəfindən dəstəkləndiyini göstərir.
Son dövrlərdə isə Adolf Hitlerin irqçi ideyaları Avropada yeni maraq qazanır. Məsələn, onun qadağan olunmuş “Mein Kampf” (“Mənim mübarizəm”) kitabı bu ilin əvvəlində Albaniyada qeyri-qanuni olaraq çap edilib. Neo-nasizmin və irqçiliyin ən sürətlə yenidən baş qaldırdığı ölkə isə Almaniyadır. Belə ki, Hitlerin ölümündən keçən 67 illik fasilədən sonra kitabın müəlliflik hüququna sahib olan Bavariya ştatı əsəri çap etdirmək qərarına gəlib. 2015-ci ildə tarixçilərin şərhləri əlavə edilərək çap olunacaq əsər şagird və tələbələr üçün hesablanıb. 2015-ci ilin sonunda Bavariyanın kitaba müəlliflik hüququ müddəti başa çatacaq və bundan sonra “Mein Kampf” Almaniyada sərbəst şəkildə nəşr olunaraq yayıla biləcək. Lakin Almaniyada on ildən artıqdır ki, neo-nasizm hərəkatı genişlənməkdədir. Bu ölkədə miqrantlara, başqa dinin və irqin nümayəndələrinə qarşı hər il minlərlə təzyiq, hədə-qorxu, cinayət və digər hallar qeydə alınır.
Beləliklə, görünən odur ki, bu gün dünyaya humanizm, demokratiya, plüralizm, çoxmədəniyyətlilik dərsi verməyə çalışan Avropada irqçilik, islamofobiya, ksenofobiya güclənməkdədir. Qatil Breyvik də öz çıxışlarında multikulturalizmlə mübarizə apardığını dəfələrlə bildirib. Əlbəttə, bu, dünyada qloballaşma prosesinin dərinləşdiyi, müxtəlif xalqların və mədəniyyətlərin bir-birilə təmaslarının artdığı bir vaxtda olduqca təhlükəli və narahatedici tendensiyadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bu məsələyə toxunaraq bəzi ölkələrdə islamofobiya meyillərinin gücləndiyini bildirib: “Multikulturalizmin iflasa uğradığını deyən siyasətçilər islamofobiya dəyirmanına su tökmüş olurlar. Bu, çox təhlükəli meyildir. XX əsrdə buna bənzər meyillər nəyə gətirib çıxardığını biz unutmamışıq”.
Bu sahədə Azərbaycandakı vəziyyətin necə olması isə hər kəsə bəllidir. Belə qənaətə gəlmək olar ki, bəzi Avropa ölkələri üçün “öyrətmək” missiyasından bir qədər əl çəkərək Azərbaycan kimi tolerant ölkələrdən humanizm dəyərlərini öyrənməyin vaxtı çatıb.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

