Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zaxarova ABŞ-ı bu məsələ ilə bağlı xəbərlərə cavab verməyə çağırıb

Zaxarova ABŞ-ı bu məsələ ilə bağlı xəbərlərə cavab verməyə çağırıb

06.03.2024 [14:58]

Havar Şəfiyeva

Rusiya Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalı zamanı ABŞ Dövlət Departamentini və Ağ Evi F-35 qırıcılarının Ukrayna üzərində uçması ilə bağlı xəbərlərə cavab verməyə çağırıb. yeniazərbaycan.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Martın 4-də Bolqarıstan Hərbi nəşri Sinqapurun müdafiə nazirinin Pentaqonun Rusiya zenit-raket komplekslərinin dəqiq yerini müəyyənləşdirmək və toplanmış məlumatları ötürmək üçün Ukrayna ərazisi üzərində Amerika F-35 təyyarələrinin olması barədə sözlərinə istinad edib. Ümid edirik ki, Ağ Ev və ABŞ Dövlət Departamenti yaxın gələcəkdə amerikalı jurnalistlərin sualına cavab verəcək, çünki ABŞ rəsmilərinin hərəkətləri Amerika auditoriyası üçün maraqlıdır”.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvar ayında ABŞ-ın bu cür proqramları maliyyələşdirmək üçün vəsait çatışmazlığı səbəbindən Ukraynaya silah tədarükünü dayandırdığını bildirib.

Xatırladaq ki, Pentaqon daha əvvəl ABŞ-ın Ukraynada F-35 qırıcılarından istifadə etməsi ilə bağlı xəbərləri rədd etmişdi.

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30