Cəmi 104 nömrəsi çapdan çıxmışdı...
05.10.2024 [07:56]
106 yaşlı “Şeypur” jurnalı!
Ədəbi-ictimai fikir tariximizdə xüsusi mərhələ sayılan satirik “Molla Nəsrəddin” jurnalı haqqında aparılmış tədqiqatlar bu nəşri yaxından tanımağımıza şərait yaradıb. Lakin eyni sözləri bir başqa satirik nəşr haqqında, görkəmli maarifçi, jurnalist və publisist Məmmədəli Sidqinin redaktorluğu ilə çap edilən “Şeypur” jurnalı barədə deyə bilmərik. Təəssüf ki, “Şeypur” elmi fikrin diqqətindən kənarda qalıb. Jurnal haqqında yalnız bəzi qısa mülahizələr var ki, bunların da çoxu qeyri-dəqiq olub.
Bu gün “Şeypur” jurnalının 106-cı ildönümüdür. Cəmi 14 nömrəsi çapdan çıxan bu jurnal 1918-ci il oktyabrın 5-dən 1919-cu il yanvarın 18-nə qədər fəaliyyət göstərib. Jurnal Bakıda “Turan” mətbəəsində həftədə 1 dəfə 8 səhifə həcmində Azərbaycan dilində çap olunurdu.
“Əkinçinin varisləri”...
Jurnalın redaktoru maarifçi Məhəmməd Tağı Sidqinin oğlu Məhəmmədəli Sidqi, naşiri isə Səməd Mənsur idi. Professor Hüseyn Həşimli tərəfindən “Əkinçinin varisləri” olaraq adlandırılan “Şeypur” jurnalı cəmiyyətimizdə mövcud olan ictimai-siyasi hadisə və proseslər, haqsızlıqlar, xalqımızın məişəti, yaşayış tərzi haqqında dövrün bir sıra maarifçi ziyalıları, ictimai xadimləri tərəfindən ədəbi-bədii və publisist üslubda işıqlandırılmış yazılarla zəngindir. Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik ideyaları təbliğ olunur, müstəqilliyə gedən yolda qarşıya çıxan əngəllər, bolşevik-daşnak fitnəkarlıqları və Bakı neftini ələ keçirməyə çalışan əcnəbi dövlətlərin çəkişmələri ifşa olunurdu. Bu da jurnalın müstəqillik illərinə qədər diqqətdən kənar qalmasına səbəb olan əsas amillərdən biridir. Bu dövr ərzində “Şeypur” satirik jurnalı haqqında bir sıra ədəbiyyatşünas alimlərimizin məqalələrində, monoqrafik tədqiqatlarında yalnız bəzi qısa qeydlərə rast gəlmək olur. “Şeypur”un səhifələrində Azərbaycanı yenidən işğal etmək istəyən rus bolşevizminin əsl niyyətləri, ermənilərin fitnəkarlıqları və əsassız torpaq iddiaları, 1918-ci ilin martında törətdikləri vəhşiliklər faktlarla birlikdə təhlil olunur və yeri gəldikcə, ciddi və ya satirik tərzdə öz əksini tapırdı. Bütün bunlara görə də, sovet dövründə jurnal “əks-inqilab” ruhlu mətbuat orqanı sayılaraq tədqiqata cəlb olunmayıb.
“Molla Nəsrəddin” ənənələrinin davamçısı
“Şeypur” satirik jurnalı satirik-yumoristik üsullardan istifadə etməsi, tənqid hədəflərinin aydın olması, şeirlərdə siyasi kəskinliyi ilə “Molla Nəsrəddin” jurnalının ənənələrini davam etdirirdi. “Şeypurun lüğəti”, “Bakı xəbərləri”, “Poçt qutusu”, “Teleqraf xəbərləri” və s. məqalələri “Şeypur” jurnalının “Molla Nəsrəddin” ənənələrini davam etdirməsinə misal olaraq göstərə bilərik.
Jurnalda dərc olunan məqalələrin müəllifləri sırasında Məhəmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və başqalarının adlarını çəkmək olar. Hər satirik jurnalda olduğu kimi, “Şeypur”da da bədii və publisistik materialların müəllifləri yazılarında gizli imzalardan istifadə edirdilər. Məsələn, Səməd Mənsurun satirik şeirləri “Pampuşəli”, Məhəmmədəli Sidqi “Şeypur”, Cəfər Cabbarlı “Dağlızadə”, Əmin Abid “Qozqurab bəy” imzaları ilə yazılarını dərc edirdilər. Bunlardan əlavə, “Çalma”, “Lağlağı”, “Müsahib”, “Mömin çinovnik” kimi imzalar da müxtəlif müəlliflər tərəfindən jurnalda istifadə olunurdu.
Bu gün ədəbi-ictimai fikir tariximizdə mühüm rol oynayan “Şeypur” satirik jurnalının geniş və əhatəli tədqiqi Hüseyn Həşimlinin “Məmmədəli Sidqi və “Şeypur” jurnalı”, “Şeypur” jurnalı və ədəbi-tarixi həqiqətlər” adlı monoqrafiyalarında və “Şeypur” jurnalı (1918-1919-cu illər)” adlı monoqrafiyada öz əksini tapıb. Əməkdar elm xadimi, professor Hüseyn Həşimli tərəfindən jurnalın bütün sayları transliterasiya edilərək latın əlifbası ilə 2014-cü ildə nəşr olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

