Nəşriyyat zənciri
07.03.2026 [08:54]
Bu zəncirin hansı həlqəsində olduğumuzu bilmirik. Belə görünür ki, heç zəncir də yoxdur və ya qırıq-sökük həlqələrdən ibarətdir...
Hamı deyir, nəşriyyat işi dəyər zəncirində işlərimiz pisdir, hətta yarıtmazdır, amma o “hamı” da “n” sayda kitab nəşr edir. Belə çıxır ki, kitabdan daha çox dövriyyə zənciri yaradılır, vəziyyət isə heç də ürəkaçan deyil.
Kitab yamarkaları da keçirilir, maarifləndirmə və marketinq işləri də aparılır, amma layiqli bir ədəbiyyat müsabiqəsi yoxdur ki, yoxdur. Müsabiqə keçirmək üçün də gərək əsər, müəllif, oturuşmış milli nəşriyyatlar olsun. Bunların hamısı varmıdır, yoxmudur: daha dəqiq bilmək üçün yenə də “müsabiqə keçirməliyik” tezisinə, müəllif-nəşriyyat-kitab-oxucu zəncirinə qayıtmalıyıq.
Əslində nəşriyyatlarımız da, tərcüməçi, redaktor və yazarlarımız da birlikdə xeyli iş görüblər. Bütün naşirlərə, əqli mülkiyyət bazarında ən ucuz əməkçi qüvvə olan tərcüməçi və redaktorlara, oxu mədəniyyətinin artırılması üçün uğraşan hər kəsə təşəkkür etməliyik.
Bu tərəfdən baxsaq, bədgüman olmağa haqqımız yoxdur. Yola davam etməliyik. Xalq oxuyur və əsas da odur ki, daha çox insan oxumaq, mütaliə etmək istəyir. İnsanlar başa düşür ki, mütaliə həm də perspektiv vəd edir, kitab öyrədir. Proses ləng getsə də, meyil irəliyə doğrudur.
Bir nüfuzlu naşirimizin rəsmi rəqəmlərə əsaslanan statistikasına istinadən demək olar ki, son beş ildə, ümumən, Azərbaycanda kitab alanların sayı 20 faiz artıb. Lakin dünya statistikasına baxsaq, ölkəmiz hələ də ən az kitab oxuyanlar siyahısındadır. Bəs nə etməli?
Nə vaxta qədər ki, kitab bazarında ana dilində yazılmış əsərlərin satışı tərcümə edilmiş kitabların satışını üstələməyəcək, bəlkə də fərəhlənməyə dəyməz. Bu, təkcə dil, milli varlıq məsələsi deyil, həm də təhlükəsizlik məsələsidir. Tərcümə ədəbiyyatı da digər əcnəbi “yumşaq güc”lərlə yanbayan hərəkət edir, lap cizgi filmləri kimi, evimizin içindədir. Lakin bu gücdən qorxub-çəkinməyin, imtina etməyin də yeri yoxdur: bəzən öyrənmək, dərs çıxarmaq üçün zərurətlər də fürsətə çevrilə bilir.
Əgər bu kimi zərurətlərə diqqət yetirsək, “Mədəniyyət-2040” konsepsiyasının strateji hədəflərinə daha tez çata bilərik. Konsepsiyada vurğulanır ki, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının, keyfiyyətinin artırılması, araşdırma və elmi tədqiqatlar üçün maliyyə vəsaitinin təmin edilməsi və bu məqsədlə sahibkarlarla sıx əməkdaşlıq qurulması, eləcə də qrant proqramları və dövlət - özəl tərəfdaşlığından istifadə edilərək maliyyələşdirilmənin aparılması həyata keçirilməlidir, ədəbiyyata və nəşriyyat işinə dair sənət növləri inkişaf etdirilməli, nəşriyyat işi dəyər zənciri müasirləşdirilməlidir.
Bəs bu elmi-publisistik, bədii əsərlərin keyfiyyətini artıracaq müəllifləri harada axtaraq, onları necə təsnifatlaşdıraq? Müəllifi axtarmaqla deyil ki, o özü ortaya çıxmalı, hələ bundan əvvəl də yetişməlidir. “Yetişdirilməlidir” desək, yanılmış olarıq. Müəllif istixana tərəvəzi deyil. Amma mədəniyyət siyasətimizdə institutlaşma, münbit şərait, sosial-iqtisadi islahatlar və sair bu kimi şərtlər “dövrə uyğun” müəllifin formalaşdırılmasına təkan verə bilər. Ümumən götürdükdə isə Ədəbiyyatın və Elmin axtardığı müəllif öz dövrünün adamı olmur. Görünür, bu mexanizmlər üzərində daim işləməli və daha yaxşı gələcəyə ümid etməliyik. Gələcək isə həm də dəyərlər üzərində qurulan müasirləşmədən keçir...
Hazırda dünyada müasir nəşriyyatlar elektron ticarətin aktivləşməsi, tələb üzrə çap edilmənin inkişafı, dəyər zəncirinin rəqəmsal transformasiyaya keçidi ilə məşğuldur. Buraya süni intellekt təhlilləri, istehlakçı (oxucu) ilə birbaşa münasibətlər qurulması, nəşriyyatlardan kənar (sərbəst) nəşr (özününəşr) modellərinin inkişafı və interaktiv müəllif hüquqlarının tənzimlənməsi də daxildir.
Biz isə hələ də kitab dükanlarının və satıcıların yarıtmazlığından, oxucuların azlığından danışırıq. Bəlkə ona görə ki, olub-qalan nəşriyyat zəncirlərimizin səsi də elə uzaq keçmişdən gəlir? Təki, “nəşriyyat dəyər zənciri” dediyimiz nə olacaqsa-olsun, bircə müəllifin boğazından asılmasın və əsl DƏYƏRə çevrilsin...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30

