Kitab dükanımız
01.04.2026 [08:38]
Az qala dəftərxana dükanına dönüb. İçində də oyuncaqları...
Əgər bu oyuncaqlar kitaba, mütaliəyə, intellektə sövq etməyə yarasaydı, konsepsiyanı bəyənib təqdir etmək olardı. Yeri gəlmişkən, bu parametrləri nəzərə alan “ağıllı” kitab dükanları, “book cafe”lər də az deyil. Məncə, məhz onlar nə etdiklərini çox yaxşı başa düşürlər. Bu barədə bir qədər sonra...
Bu yaxınlarda Bakının inkişaf etməkdə olan mikrorayonlarından birində “book cafe”yə girməli oldum. İçərisində cəlbedici aksesuarlar, kitabxana zalını xatırladan dekor, tutuquşu, akvarium və küncdəki rəfdə bir neçə kitab gördüm. Əslində, bu kateqoriya “kitabçılıq” da paytaxtımızda sürətlə inkişaf etməkdədir: yəni, kitab öz cazibəsi ilə ictimai iaşə xidmətlərinə də “əl yetirir”.
Digər tərəfdən, bütün bu cəhdlər həm də kitabın arxasında gizlənməyə bənzəyir. Deyəsən, belə ərazilərdə mütaliəni, kitabı altşüuri olaraq sonraya saxlayanlar və sadəcə olaraq, kitabların arasında komfort zonası tapmaq istəyənlər qərar tutur. Təbiidir. Bu seqment bizim cəmiyyət üçün (kitabçı-oxucu) xarakterikdir. İdmanı sonraya saxlamaz, di gəl, kitab oxuyarkən yuxulayar...
Oxucu yoxdur deyərkən, əslində, ətrafımızda açılan bu “mənzərə”lərin kökünə baxmalıyıq. Mütaliə təkcə mədəniyyət deyil, vərdişdir: idman, gəzinti, qida və sair kimi. Erkən tərbiyənin, təhsilin təməlində durur, fundamental vərdişlər kateqoriyasında yer alır, bir nömrəli informasiya istehlakı mənbəyidir. Mütaliə vərdişi beyin hüceyrələri arasında harmonik kommunikasiyanın qurulmasına, hətta müasir dünyada artıb gedən bir çox xəstəliklərin qarşısının alınmasına idman qədər təsir edə bilir. Bu yanaşmanı, təfəkkürü formalaşdırmaq isə yəqin ki, uzun illər tələb edəcək. Bəlkə də, “Mədəniyyət - 2040” Konsepsiyasının, təhsilin, sağlamlıq və sosial sfera sisteminin birlikdə baxmalı olacağı uzunmüddətli strategiyaya dönəcək?
Müasir kitab dükanları isə təkcə kitab satışı, oyuncaqlar və dəftərxana ləvazimatları üçün yaramır: rahat mühit, tədbirlərin keçirilməsi mərkəzi kimi çoxfunksiyalı fəaliyyət həyata keçirərkən insanları kitab ətrafına toplayır. Tematik bölmələri, müasir dizaynı, xüsusilə də, oturuşmuş onlayn satış və çatdırılma platformasına inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərən kitab dükanları bu işin gələcəyini müəyyənləşdirməyə çalışır, (uşaq, elmi, bədii), mühit yaradır, düzgün təsnifat formalaşdırır, imza günləri, ədəbi müzakirələr və uşaqlar üçün yaradıcı tədbirlər keçirir.
Müasir kitab dükanları Süni İntellekt (Sİ) vasitəsilə tövsiyə sistemləri, inventar idarəetməsi və müştəri xidmətlərinin optimallaşdırılmasında da xeyli irəli gedib. Bu yanaşma kitabın təkcə məhsul deyil, həm də bir həyat tərzi və mədəniyyət komponenti kimi təqdim edilməsinə əsaslanır.
Kitab və mütaliə siyasəti mədəniyyət siyasətinin tərkib hissəsidir, amma o həm də cəmiyyətin vərdişləri siyahısında olmadıqca, daim sonraya saxlanıla, dönüb xidmət sahəsi, ictimai iaşə məkanı da ola bilər...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33

